Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-158/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X1 daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 yanvar 2021-ci il tarixli protokola əsasən Şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan əhəngdaşı yatağından müvafiq icazə olmadan faydalı qazıntı hasilatının aparılması faktı müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X2 nümayəndəsi Nümayəndə1 qeyd etmişdir ki, agentliyin geoloji ekspertiza və təhlil şöbəsinin mütəxəssisi Əli Vəliyev tərəfindən 11 dekabr 2020-ci il tarixdə Şəxsnə məxsus «Türkan» əhəngdaşı yatağında dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxsnə 07 may 2014-cü il tarixli, 00843 nömrəli «Dağ-mədən» ayırması aktı ilə 3 ha ərazi ayrılmış və 2019-cu ildə vaxtı bitmişdir. Ərazidə 3 ayrı hissədə olmaqla, 1-ci sahəsi 1 ha orta istismar dərinliyi 3 metr olmaqla 30000 m3, 2-ci sahə 0,25 ha orta istismar dərinliyi 2,8 metr olmaqla 7000 m3, 3-cü sahə 1,94 ha orta istismar dərinliyi 2 metr olmaqla 38800 m3 həcmində əhəngdaşı hasil edilmişdir. Ərazidə mərz nişanları müəyyən olunmamış, baxış zamanı fəaliyyət göstərməmişdir. Lakin ərazidə 1 ədəd daş kəsən kombayn və 1 ədəd şırımaçan avadanlıq müşahidə edilmişdir. Nəticə olaraq «Yerin təki haqqında» Qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələblərinin pozulduğu aşkar olunduğundan bu barədə 11 dekabr 2020-ci il tarixli, 000066 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 08 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 qeyd etmişdir ki, Şəxsnə 07 may 2014-cü il tarixli, 00843 nömrəli «Dağ-mədən» ayırması aktı ilə 3 ha ərazi ayrılmış və 2019-cu ildə vaxtı bitmişdir. Müddət bitdiyindən müəssisə fəaliyyətini tamamilə dayandırmış və icazə alınması üçün 13 avqust 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Orada olan texnikalar isə müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra fəaliyyət göstərməmişlər. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 00843 nömrəli, 07.05.2014-cü il tarixli «Dağmədən» ayırması aktından görünür ki, Şəxsnə 5 il müddətinə 3 ha ərazi ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X3 ünvanlanmış məktubun surətindən görünür ki, Şəxs iki ünvan üzrə elektrik enerjisinin sərfiyyatına dair 2018, 2019 və 2020-ci illər üzrə göstəriciləri əks edilmişdir, həmin göstəricilərdə hər üç il üzrə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatının oxşar olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə aiddir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydalarınin pozulması və yerin təkindən özbaşına istifadə edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan əhəngdaşı yatağında müvafiq icazə olmadan faydalı qazıntı hasilatı aparılmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Şəxsnə 07 may 2014-cü il tarixli, 00843 nömrəli «Dağ-mədən» ayırması aktı ilə 3 ha ərazi ayrıldığını və həmin aktın müdətinin 2019-cu ildə bitdiyini qeyd etmişdir. Müddət bitdiyindən müəssisə fəaliyyətini tamamilə dayandırmış və icazə alınması üçün 13 avqust 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Orada olan texnikalar isə müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra fəaliyyət göstərməmişdir. Lakin iş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X3 ünvanlanmış məktubunda Şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən Türkan-İ və Türkan-İİ əhəngdaşı yatağı torpaq sahələrində fəaliyyət göstərən daş karxanalarının elektrik enerjisinin sərfiyyatına dair 2018, 2019 və 2020-ci illər üzrə göstəriciləri əks edilmişdir, həmin göstəricilərdə hər üç il üzrə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatının oxşar olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Şəxs nümayəndəsi müəssisənin fəaliyyətini 07.05.2019-cu ildən etibarən tamamilə dayandırmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Şəxsnə 07 may 2014-cü il tarixli, 00843 nömrəli «Dağ-mədən» ayırması aktı ilə 3 ha ərazi ayrıldığını və həmin aktın müdətinin 2019-cu il tarixdə bitdiyini qeyd etmişdir. Müqavilə müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X3 müraciət edilmişdir. Lakin "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X3 ünvanlanmış məktubunda Şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən Türkan-İ və Türkan-İİ əhəngdaşı yatağı torpaq sahələrində fəaliyyət göstərən daş karxanalarının elektrik enerjisinin sərfiyyatına dair 2018, 2019 və 2020-ci illər üzrə göstəriciləri əks edilmişdir, həmin göstəricilərdə hər üç il üzrə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatının oxşar olması müəyyən edilmişdir. Bu məsələyə münasibətdə Şəxsn nümayəndəsi həmin ərazidə rekultivasiya işlərinin aparılması yəni torpağın münbit qatının bərpası ilə bağlı olaraq əvvəlki illərdə olduğu sərfiyyatda elektrik enerjisindən istifadə etdiklərini qeyd etmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, torpaqda rekultivasiya işləri aparıldıqdan yəni torpağın münbit qatı bərpa olunduqdan sonra həmin torpaq sahəsindən faydalı qazıntı hasilatının aparılması mümkünsüzdür. Belə ki, bu artıq həmin torpaq sahəsində faydalı qazıntıların bitməsi anlamına gəlir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs həmin torpaq sahəsində faydalı qazıntı hasilatının aparılması ilə əlaqədar 13 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Göründüyü kimi Şəxs nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda ziddiyət mövcüddur. Belə ki, torpaqda rekultivasiya işləri aparıldıqdan yəni torpağın münbit qatı bərpa olunduqdan sonra həmin torpaq sahəsindən faydalı qazıntı hasilatının aparılması mümkünsüz olduğu halda həmin torpaq sahəsində faydalı qazıntı hasilatının aparılması ilə əlaqədar yenidən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməsi şübhə doğurur. Məhkəmə belə nəticəyə gəlir ki, 2020-ci il tarixdə Şəxs tərəfindən həmin torpaq sahəsində torpağın rekultivasiyası ilə bağlı işlər deyil yenidən faydalı qazıntı hasilatı aparılmışdır. Bu səbəbdən də müqavilə müddətinin artırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, Şəxs həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-158/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-158/2021
05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver