Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1585/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 70, mənzil 6-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X2 xx.xx.2021-ci il tarixli icra qeydinin və Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X2 xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Şəxs 5000 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq X1 xeyrinə tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1765,59 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2021-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli qərarla hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Onun tərəfindən tələbkar X3 ilə telefon əlaqəsi saxlanılmış və o, bildirmişdir ki, Şəxs tərəfindən ona 4000 manat pul ödənilmiş və 1000 manat borcu qalmışdır. Digər icra sənədi üzrə isə borclu Şəxs "xxxx" ASC-yə heç bir ödəniş etməmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, Kərimov Zaura o, 4000 manat ödəniş etmiş, 1000 manat borcu qalmışdır. Sonuncu dəfə 5-6 ay əvvəl onun tərəfindən 500 manat məbləğində ödəniş olmuşdur. O, icra məmurunun zənglərinə cavab vermiş və bütün çağırışlarına da gəlmişdir. Barəsində axtarış qərarının olmasından xəbəri olmamışdır. Məhkəmə tərəfindən ona 1500 manat pulun ödənilməsi üçün vaxt verilməsinə baxmayaraq ödəniş edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən həbs olunmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X2 xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 5000 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq X1 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1765,59 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarınd olan xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlamaq barədə qərarlar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra şöbəsinin icra məmuru Ş.İ.Neymətzadənin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X2 xx.xx.2021-ci il tarixli icra qeydi və Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icraat birləşdirilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan tam icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs əməlləri etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan uzun müddət ərzində tam icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00-da məhkəmə iclasına gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən, saat 12:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1585/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1585/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver