Məhkəmə qərarları › İş №3(003)-1590/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1590/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1590/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 544.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1D**********8 nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş ümumi çəkisi 23 900 kq olan ərzaqlıq kartof məhsul partiyalarına “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi barədə və ya utilizasiya edilməsi” barədə xx.xx.2023-cü il tariyli 196/FN nömrəli qərar qəbul olunmuşdur. “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” əarədə qəbul olunmuş xx.xx.2023-cü il tarixli 196/FN nömrəli qərarın icra müddəti 10 (on) gün qeyd olunmuşdur. Lakin, "xxxx" MMC tərəfindən qərarın icrası ilə bağlı məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmamışdır. Bununla bağlı "xxxx" MMC-nin barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, "xxxx" MMC-nin və Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə "xxxx" MMC-nin və Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli 1D**********8 nömrəli müraciət əsasında idxal olumuş 23 900 kq ərzaq kartof məhsul partiyasına qida təhlükəsizliyi sertifaktının verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2023cü il tarixli 1D**********8 nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş ümumi çəkisi 23 900 kq olan ərzaqlıq kartof məhsul partiyalarına “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi barədə və ya utilizasiya edilməsi” barədə xx.xx.2023-cü il tariyli 196/FN nömrəli qərar qəbul olunmuşdur. “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” əarədə qəbul olunmuş xx.xx.2023-cü il tarixli 196/FN nömrəli qərarın icra müddəti 10 (on) gün qeyd olunmuşdur. Lakin, "xxxx" MMC tərəfindən qərarın icrası ilə bağlı məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmamışdır. Bu səbəbdən də X1 Bakı Regional Bölməsinin 10 may 2023-cü il il tarixli qərarı ilə ƏKiNÇi-10 2021” MMC xx.xx.2023-cü il tarixli 1D**********8 nömrəli müraciət əsasında idxal olumuş 23 900 kq ərzaq kartof məhsul partiyasına qida təhlükəsizliyi sertifaktının verilməsindən imtina edilmişdir. Buna görə də xx.xx.2023-cü il il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 544.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmişdir və bununla da Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar