Məhkəmə qərarları › İş №3(003)-1594/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1594/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1594/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, X7 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, ünvan 1 ünvanında yerləşən “Özəl Dürmək” adlı obyektin sahibi X4 barəsində Azərbaycan Respublikasının X7 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 22 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən X5 məxsus “Özəl Dürmək” (VÖEN: **********) adlı obyektin giriş hissəsində müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdiriliməsi faktı müəyyən edilmişdir. Bununla əlaqədar X4 barəsində Azərbaycan Respublikasının X7 Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X6 tərəfindən 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının X7 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 göstərdi ki, Azərbaycan Respublikasının X7 Bakı şəhəri Reklam İdarəsinin müfəttişləri tərəfindən 22 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən X5 məxsus “Özəl Dürmək” adlı obyektin giriş hissəsində müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdiriliməsi faktı müəyyən edilmiş və bu barədə Akt tərtib edilmişdir. Bununla bağlı 31 may 2023-cü il tarixdə həmin obyektin sahibi X5 müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Göstəriş göndərilərək “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndini rəhbər tutaraq xx.xx.2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması ondan tələb edilmişdir. Bundan başqa, müvafiq icazə alınması üçün icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində xx.xx.2023-cü il tarixli M**********0001 nömrəli Dövlət rüsumunun ödənişi üçün bildirişə əsasən dövlət rüsumunu ödəməsi tələb edilmişdir. Həmin Göstəriş 01 iyun 2023-cü il tarixdə “Özəl Dürmək” adlı obyektə rəsmən təqdim edilməsinə baxmayaraq, obyektin rəhbəri X8 tərəfindən göstərilən nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Bu səbəbdən X8 barəsində 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Bundan başqa, X8 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. Ona görə də X4 barəsində inzabati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “Özəl Dürmək” adlı obyektin sahibi X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə “Özəl Dürmək” adlı obyektin sahibi X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X7 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İş materiallarından görünür ki, “Özəl Dürmək” adlı obyektin sahibi X8 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, X8 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan o, vəzifəli şəxs kimi tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq X4 Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – “Özəl Dürmək” adlı obyektin sahibi X8 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar