Məhkəmə qərarları › İş №3(003)-1594/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1594/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1594/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-578/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs X1 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutulmalıdır. İcra sənədi 2024-cü ilin yanvar ayından onun icraatındadır. Şəxs icra şöbəsinə gəlmədiyindən barəsində axtarış verilmişdir. Hazırda borcun məbləği 14040 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, işlədiyi dövrlərdə alimenti ödəmişdir. Lakin sonralar işləmədiyindən maddi imkanı pis olduğundan alimenti ödəyə bilmmişdir. Əvvəllər yaranmış 8800 manat alimentin borcunu kredit götürərək ödəmişdir. Sonralar həmin krediti, həmdə alimenti ödəməkdə çətinlik çəkmişdir. Hazırda o, alimenti ödəməkdən yayınmır. Belə ki, ona məxsus torpaq sahəsi vardır və o, həmin torpaq sahəsini satışa qoymuş və satışından əldə olunan pulun hesabına bütün aliment borcunu ödəyəcəkdir. Fəhlə işləyir, ayda 600 manat əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs tərəfindən 8800 manat ödənildikdən sonra 2023-cü ilin dekabr ayına kimi 500 manat ödəniş olmuş, 2024-cü ilin aprel-may aylarında cəmi 90 manat ödənş olmuşdur. Dəfələrlə yalandan vəd verdiyindən hazırda aralarında razılıq əldə edilmsi mümkün deyil. Ona görə də barəsində tənbeh tədbirinin tədbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-578/2018 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İcra sənədi üzrə borc 14040 manat təşkil edir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)- 578/2018 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs X1 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutulmalıdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər rəsmi qaydada Şəxs təqdim edilmiş, onun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Şəxs icra şöbəsinə gəlmədiyindən onun barəsində axtarış elan olunması haqqında icra məmuru tərəfindən qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə ödəməli olduğu aliment məbləğlərini ödəmədiyindən onun cəmi 14040 manat məbləğində borcu yaranmış və həmin borcun ödənilməsinin ondan tələb olunmasına baxmayaraq o, həmin borcu ödəməkdən yayınmışdır. Ödəniş etməməsinin səbəbi isə işləməməsidir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar