Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1595/2020 31.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Ömərov Firdovsi Ömər oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Firdovsi Ömərov tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Ömərov Firdovsi Ömər oğlu göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:05 radələrində xidmətdə olan zaman bir nəfər şəxsin Binə qəsəbəsi Atçılıq massivinin mərkəzi küçəsində ünvanı məlum olmayan yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması tərəfindən aşkar olunan zaman həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin şəxsi sakitləşdirmək istəyərkən, o, onun sözlərinə əhəmiyyət verməyərək qanuni tələblərinə tabe olmamış, öz xoşagəlməz hərəkətlərinə davam etmişdir. Bundan sonra, həmin şəxsi Polis şöbəsinə gətirib təhvil vermişdir. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, əvvəlki illərdə oğurluq etdiyinə görə bir dəfə cinayət məsuliyyətinə, bir dəfə də inzibati məsuliyyətə cəlb edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində evdə əsəbiləşərək yaşadığı evin yaxınlığında olan mərkəzi küçəyə çıxıb hərəkətdə olan zaman yüksək tonla qışqıraraq özözünə nalayiq ifadələr işlədərkən ərazinin polis sahə rəisi ona yaxınlaşmış, özünü təqdim etdikdən sonra onu sakitliyə dəvət etmiş, əhalini narahat etməməyi tələb etmişdir. Əsəbi olduğu üçün polisin dediklərinə məhəl qoymamış, polisin qanuni tələblərinə tabe olamayaraq öz hərəkətlərinə davam etmişdir. Daha sonra polis sahə rəisi onu Polis Şöbəsinə gətirib təhvil vermişdir. Əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəyinə söz verir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli AZA 011151 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdə saat 20:40-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdə saat 20:40-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1595/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1595/2020
31.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver