Məhkəmə qərarları › İş №3(003)-1598/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1598/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1598/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X2 iştirakı ilə 29 yanvar 1982-ci ildə Lerik rayonu, Buruq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç uşağı olan, orta təhsilli, fəhləliklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lerik rayonu, Buruq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda X3 dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubov tərəfindən 11 oktyabr 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında X1 İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞnin sahə inspektoru Ülvü Quliyev tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində işdən evə gələrkən qonşusu Baba Yusifovun onun evin küçə qapısının kənarına yapışdırdığı aqlay daşını sökdüyünü görüb onu söhbətə çağırmışdır. Baba gələn zaman onu nalayiq ifadələrlə təhqir edib ona təpik atarkən onun ayağını tutmuşdur ki, təpiyi ona dəyməsin. Bu zaman Baba yerə yıxılmışdır, lakin o, Babanı vurmamışdır. Baba xəsarətləri ola bilər ki, yıxılan zaman almışdır. Hadisə küçədə baş vermiş və həmin vaxt yanlarında heç kim olmamışdır. Sonradan səs-küyə ailə üzvləri və qardaşı Vahab çıxsa da, qonşulardan heç kim çıxmamışdır. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 göstərdi ki, Şəxs ilə 10 il olar ki, qonşudurlar. 26 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində evdə olarkən Asəf onu çağırmışdır. Həmin vaxt Asəfin yanında iki qardaşı və ailə üzvləri olmuşdur. Asəfin qardaşı onun qolundan tutmuş, Asəf isə onun sinəsindən 1 dəfə yumruq vurmuş və o, yerə yıxılmışdır. Sonra isə Asəf bildirmişdir ki, “bəhanə elir, vurun onu orada qalsın.” Aralarında barışıq olmadığını bildirərək Şəxs cəzanın təyin olunması məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və inzibati xəta haqqında protokol əsasında sübuta yetirilir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 1316 nömrəli rəyinə əsasən X2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən 26 sentyabr 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar