Məhkəmə qərarları › İş №3(003)-1600/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1600/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1600/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bu maddənin dispozisiyasından görünür ki, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilmiş şəxs inzibati cəriməni ödəmədikdə bu cərimənin ödənilməsi üçün işlədiyi müəssisə (işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisə, idarə, təşkilat və ya pensiya təyin edən orqan) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şəxs ünvanlanmış imzalanmayan, tarixi, çıxış nömrəsi və göndərən şəxs barəsində məlumatlar olmayan məktubdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar üzrə təyin edilmiş cərimənin tətbiq edilməsi xahiş olunmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, yuxarıda qeyd olunan məktubda nəzərdə tutulan tədbirlər Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şəxs tərəfindən görülməmiş, nəticədə vəzifəli şəxs İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Şəxs ünvanlanmış, onun barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi və həmin qərar üzrə təyin edilmiş cərimənin tətbiq edilməsinin xahiş olunması barədə məktub materiallara əlavə olunsa da, bu məktubun nə vaxt, hansı vasitə ilə vəzifəli şəxsin ünvanına göndərilməsini, göndərildiyi halda belə vəzifəli şəxs tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyil, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş hallar barədə zəruri sənədlər nə protokola əlavə edilmədiyindən, nə də məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, təqdim edilmiş material natamamdır. İXM-nin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir (İXM-nin 100.3-cü maddəsi). Hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir (İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələri). İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir (İXM-nin 109.1.6cı maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İXM-nin tələblərinə ciddi riayət etməlidir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, Qəraraaldı: Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş haqqında MN ******* nömrəli xx.xx.2025-ci tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar