Məhkəmə qərarları › İş №3(003)-1605/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1605/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1605/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs ünvan 1 ünvanında uca səslə nalayiq ifadələr işlətmiş, daha sonra isə polisin qanuni tələblərinə məhəl qoymayaraq, polis əməkdaşlarını da təhqir etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin kiçik qardaşı X4 ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Şəxs mütəmadi olduğu kimi həmin tarixdə də evə içkili gəlmiş, evdə olan əşyaları sındıraraq, mübahisə yaratmışdır. Müraciətlə əlaqədar ünvana yaxınlaşıb, həmin şəxsi sakitləşdirməyə çalışdıqda isə, ictimai qaydanı pozan hərəkətlərinə davam etməklə xidmətdə olmaqlarına baxmayaraq ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarını da söyüb, təhqir etmiş, əlqol ataraq onların Şəxs sakitləşdirilməsinə yönəldilmiş qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahatı alınmış Şəxs qardaşı, X4 izahat verərək bildirmişdir ki, qardaşı mütəmadi olaraq evə içkili gələrək, evdəki əşyaları sındırır. xx.xx.2025-ci il tarixdə də evə içkili gələrək həmişə olduğu kimi ailə üzvləri ilə mübahisə yaratmış, ətrafda insanların olmasına baxmayaraq onların ünvanına nalayiq ifadələr işlətmiş, müraciətləri əsasında hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirməyə çalışalar da onların ünvanına belə nalayiq ifadələr işlədib polisə müqavimət göstərmişdir. Eyni zamanda X4 bildirmişdir ki, qardaşı Vüsal mütəmadi olaraq spirtli içki qəbul edir, sərxoş vəziyyətdə olanda idarəolunmaz vəziyyətdə hər dəfə istənilən şəxsin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək, protokolda göstərilənləri inkar etsə də, onun təqsiri protokol tərtib etmiş şəxsin və qardaşı X2 izahatları ilə təsdiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törətdiyi əməlin təhlükəliliyini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix saat 16:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar