Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1607/2023 28.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 12 fevral 2002-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lənkəran şəhəri, R.Bədəlov küçəsi, ev 17, mənzil 2-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta barədə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 27 iyun 2023-cü il tarixli protokola əsasən Şəxs 27 iyun 2023-cü il tarixdə saat 05:00-də idarə etdiyi «VAZ 2107» markalı, **- RJ-*** dövlət nömrə nişanlı avtomobillə Mərdəkan-Şüvəlan çimərliyində əhalinin istirahət etdiyi ərazidə nəqliyyat vasitəsini nəzərdə tutulmamış qumluq ərazidə təhlükəli idarə etməsi, ətrafda istirahət edən şəxslərin həyatına təhlükə yaratması, əl əyləc sistemindən istifadə edərək kobud manevr hərəkətlərinə yol verməsi, ictimai qaydanı nümayişkar şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, babası əvvəllər polis olmuş, anası isə müəllimədir. Mərdəkan-Şüvəlan çimərliyində olarkən idarə etdiyi «VAZ 2107» markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobilin təkəri sürüşmüş, səs salmışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Mərdəkan-Şüvəlan çimərliyində idarə etdiyi «VAZ 2107» markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillə əhalinin istirahət etdiyi ərazidə nəqliyyat vasitəsini nəzərdə tutulmamış qumluq ərazidə təhlükəli idarə etməsi, ətrafda istirahət edən şəxslərin həyatına təhlükə yaratması, əl əyləc sistemindən istifadə edərək kobud manevr hərəkətlərinə yol verməsi, ictimai qaydanı nümayişkar şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan 27 iyun 2023-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Mərdəkan-Şüvəlan çimərliyində idarə etdiyi «VAZ 2107» markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobillə əhalinin istirahət etdiyi ərazidə nəqliyyat vasitəsini nəzərdə tutulmamış qumluq ərazidə təhlükəli idarə etməsi, ətrafda istirahət edən şəxslərin həyatına təhlükə yaratması, əl əyləc sistemindən istifadə edərək kobud manevr hərəkətlərinə yol verməsi, ictimai qaydanı nümayişkar şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, onun törətdiyi əməlin xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da Xəzər Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsetmənin əvvəli 28 iyun 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1607/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1607/2023
28.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver