Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1607/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X8 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28179783 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2025-ci il tarixli, EQ 28179783 nömrəli protokol və inzibati xəta haqqında işin digər materilları götürülmüşdür.Tərtib olunan protokola və inzibati xəta haqqında işin digər iş materiallarına görə, xx.xx.2025-ci il saat 14:39-da M-l 65.1 km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində MAN TGS 18.480 Yük markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmək istəyir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi avtomobili yüklədiyi ərazidən 39 ton 960 kq, çəki ilə xx.xx.2025-ci il tarixdə saat 13:33 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton, 930 kq, çəki ilə xx.xx.2025-ci il tarixdə saat 16:17 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 43 ton, 120 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxardılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək, izahatında göstərdi ki, avtomobilin artıq çəki yığmamış və çəkisi normadan artıq olmamışdır. Ona verilmiş talon əsasında çəki normadan artıq müəyyən edilmir. Hazırda qərarı qanunsuz hesab etməklə, qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, M-1 65.1 km, Xızı rayonu Giləzi kəndi, Bakı istiqaməti xx.xx.2025-ci il tarixində, saat 14:39-da MAN TGX YÜK markalı, 77SN815 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş OMS K 06466 nömrəli kalibrləmə sertifikatından görünür ki, ölçmə vasitəsinin sahibi "xxxx" MMC olan ölçmə vasitəsi elektron avtomobil tərəzisi olan, istehsalçısı Cənubi Koreya olan "xxxx" MMC tərəfindən ölçmə nəticələri barədə sertifikat verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən standart nümunənin və ya ölçə vasitəsinin tipinin təsdiqi barədə sertifikatdan görünür ki, istehsalçı “Kastler İnstumente AG” İsveçrə olan, “9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi olan, ölçmə vasitəsi 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Sertifikatın etibarlılıq müddəti 07 avqust 2029-cu ilədəkdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında RN 035336 saylı ÖVY 160854 seriyalı şəhadətnamədən görünür ki, "xxxx" MMC-nin hərəkət halında çəki ölçmə nəzarət sistemi xx.xx.2024-cü ildə yoxlanılmış, növbəti yoxlama tarixi xx.xx.2025-ci ildir. -xx.xx.2025-ci il tarixli, 1251 nömrəli tərəzi qəbzlərindən (giriş:xx.xx.2025-ci il, 12:53:17, çıxış: xx.xx.2025-ci il, 13:33:57) görünür ki, 77SN815 dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 39960 kg olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı üzrə görüntüdən müyyən olunur ki, 77SN815 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi 43120 kg olmuşdur (vaxt: xx.xx.2025-ci il saat 14:39:32. Stansiya M-1 65.1 km, Xızı rayonu Giləzi kəndi, Bakı istiqaməti). - Xəzər Rayon İcra Hakimiyyəti Şüvəlan qəsəbə İƏDÜ nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 rayonu Şüvəlan qəsəbəsi, DRES baö küçəsi sahəsində qeydiyyatsız yaşayır. Məhkəmə X2 buraxılmış müddətin bərpası barədə vəsatətinə qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı rəsmi qaydada təqdim edilmədiyindən X4 tərəfindən həmin qərardan şikayət müddəti ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İşin araşdırılmış hallarından görünür ki, X2 idarə etdiyi 77SN815 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi Xızı rayonu Giləzi kəndi, Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə saat 14:39:32. Stansiya M-1 65.1 km-də 43120 kg olmuş, bu ölçmə cizahı tərəfindən qeydə alınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən standart nümunənin və ya ölçə vasitəsinin tipinin təsdiqi barədə setifikatdan görünür ki, istehsalçı “Kastler İnstumente AG” İsveçrə olan, “9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi olan, ölçmə vasitəsi 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Sertifikatın etibarlılıq müddəti 07 avqust 2029-cu ilədəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında RN 035336 saylı ÖVY 160854 seriyalı şəhadətnamədən görünür ki, "xxxx" MMC-nin hərəkət halında çəki ölçmə nəzarət sistemi xx.xx.2024-cü ildə yoxlanılmış, növbəti yoxlama tarixi xx.xx.2025-ci ildir. Göründüyü kimi, ölçmə cihazının işlək olması, dövlət tərəfindən təminat verilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən standart nümunənin və ya ölçə vasitəsinin tipinin təsdiqi barədə setifikatla təsdiq edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında RN 035336 saylı ÖVY 160854 seriyalı şəhadətnamədən görünür ki, "xxxx" MMC-nin hərəkət halında çəki ölçmə nəzarət sistemi xx.xx.2024-cü ildə yoxlanılmış, növbəti yoxlama tarixi xx.xx.2025-ci ildir. Bununla da həmin ölçmə cihazının tam işlək olması iş materiallarında olan sübutlarla tam təsdiq edilir və digər mötəbər olmayan sübutlarla bu fakt şübhə altına alına bilməz. Məhkəmə şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 1251 nömrəli tərəzi qəbzlərində (giriş:xx.xx.2025-ci il, 12:53:17, çıxış: xx.xx.2025-ci il, 13:33:57) 77SN815 dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisinin 39960 kg olmasına məhkəmə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən ölçmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən standart nümunənin və ya ölçə vasitəsinin tipinin təsdiqi barədə setifikatla və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında RN 035336 saylı ÖVY 160854 seriyalı şəhadətnamə ilə tam təkzib olunur. Belə ki, 77SN815 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisinin hansı şəraitdə ölçülməsi, ölçüldükdən sonra ona yük əlavə edilməsinin mümkün olması təkzibedilməz haldır. Bu səbəbdən də məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, X2 idarə etdiyi 77SN815 dövlət qeydiyyat nişanlı avtomobilin Xızı rayonu Giləzi kəndi, Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə saat 14:39:32 dəqiqədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla tam təsdiqini tapır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 28179783 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1607/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1607/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver