Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1608/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, ev 7-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq YYS, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 12 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstəri ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs X1 və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqına cəmi 5078,27 manat məbləğində pul tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" İKB ASC-nin xeyrinə cəmi 2737,01 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 2047,49 manat məbləğində pul tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 4692 manat məbləğində borc və 24 manat məbləğində rüsum tutulmalıdır. İcra sənədləri üzrə icraata başlamaq haqqında xx.xx.2020, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2020 və xx.xx.2021-ci il tarixli axtarış qərarları qəbul edilmişdir. Borclu Şəxs 4 (dörd) icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. O, bu gün saat 11:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, təxminən 1 il əvvəl icra şöbəsindən ona zəng olunaraq borcların ödənilməsini bildirmişlər. Pandemiya dövrü olduğundan və heç bir yerdə işləmədiyinə görə borclarını ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilsə mülkiyyətində olan avtomobili 12000 manata sataraq borcun bir hissəsini, qalan borcu isə 2 ay müddətinə ödəyə bilər. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 4.692 manat məbləğində borc və 24 manat məbləğində rüsum tutulmalıdır. Buna baxmayaraq Şəxs bu müddət ərzində heç bir ödəniş etməmişdir. Müəssisənin əməkdaşları onunla dəfələrlə telefon əlaqəsi saxlamış və borcun ödənilməsini tələb etmişlər. Şəxs borcun ödənilməsinə söz versə də vədinə əməl etməmişdir. Borcun ödənilməsi üçün Şəxs 10 gün vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs X1 və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqına cəmi 5078,27 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" İKB ASC-nin xeyrinə cəmi 2737,01 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 2047,49 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 4.692 manat məbləğində borc və 24 manat məbləğində rüsum tutulmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlamaq barədə qərarlar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra şöbəsinin icra məmuru Ş.İ.Neymətzadənin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icraat birləşdirilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan uzun müddət ərzində icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1608/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1608/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver