Məhkəmə qərarları › İş №3(003)-1608/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1608/2023

01.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1608/2023 01.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 04 aprel 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, Lerik rayonu, Qışlaq kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 iyun 2023-cü il tarixli protokola əsasən Şəxs 30 iyun 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə qonşusu Şirvan adlı şəxslə aralarında mübahisə olmuş, dalaşmışlar. Həmin vaxt içkili olmuş, əlində də təmir aləti olmuşdur. Oraya gələn polis əməkdaşlarına qarşı tabesizlik göstərərək şöbəyə getməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 30 iyun 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, məlumat əsasında Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozundakı ünvana yaxınlaşdıqda həmin yerdə Şirvan adlı şəxsin spirtli içkinin təsiri altında olduğu aşkar edilmiş, onu polis şöbəsinə dəvət edən zaman həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1/2358 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs əməli sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXMnin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 30 iyun 2023-cü il tarixdən saat 19:20-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar