Məhkəmə qərarları › İş №3(003)-1615/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1615/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1615/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X19 Məhəməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri Xətai rayonunda daimi yaşayan (İcazə Vəsiqəsi: DYİ № 0031526), Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X14 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X14 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs X7, X5, X3 yaşadığı evin qarşısında söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X15 izahatında bildirmişdir ki, Şəxs X1, təhqir etməmişdir, lakin onu itələmişdir. İtələdiyi zaman Böyükxanımı tutduğundan, Böyükxanım yerə yıxılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Şəxs X7, X5, X2 qanunsuz əməlləri barədə müxtəlif orqanlara şikayət ünvanlamış, onlar da qərəzli olaraq ondan şikayət yazmışlar. O heç kimi söyməmiş, təhqir etməmiş, xırda xuliqanlıq etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin prtokolda göstərilmişdir ki, Şəxs X7, X5, X3 yaşadığı evin qarşısında söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Şəxs protkolda onları söyüb təhqir etmədiyini qeyd etmişdir. - X4 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə xx.xx.2025-ci il tarixdə verdiyi izahatında Şəxs ilə sözlə mübahisə etdiyini bildirmişdir. - X8 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə xx.xx.2025-ci il tarixdə verdiyi ərizəsindən görünür ki, o Şəxs ondan pul tələb etdiyini, topraq sahəsini onun adına keçirməsini istədiyini, buna görə də onun barəsində tədbir görülməsini xahiş etmişdir. - X2 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə xx.xx.2025-ci il tarixdə verdiyi ərizəsindən görünür ki, Şəxs Sədərək bazarında qeyri-qanuni pul mübadiləsi etdiyini bildirmişdir. - Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli Şəxs ünvanlanmış məktubundan görünür ki, onun X6 qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə etməsi ilə bağlı şikayətinə baxılmış, sexin elektrik enerjisi təchiz edən şəbəkədən ayrılmışdır. - X18 Xidmətinin 23 may 2025-ci il tarixdə Şəxs ünvanlanmış məktubundan görünür ki, onun müaraciəti əsasında yanğın təhlükəsizliyi qaydalarınını pozulmasına görə X9 barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəklətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs X7, X5, X3 yaşadığı evin qarşısında söyüb təhqir etdiyi qeyd edilsə də, hadisənin baş verdiyi tarix göstərilməmişdir. İş materillarında X7, X5, X2 izahatlarında xx.xx.2025-ci il tarixdə Şəxs X3 itələməsi qeyd edilsə də, həmin şəxslərin Şəxs qarşı qərəzli olduğu iş materillarında olan, Şəxs tərəfindən təqdim edilən sübutlarla təsdiqini tapmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Şəxs xırda xuliqanlıq etməsinə dair mötəbər sübut mövcud olmamaqla, onun hərəkətlərinə ictimai qaydanı pozan hərəkətlər kimi qiymət verilməsi mümkün deyildir. Nəzər almaq lazımdır ki, Şəxs tərəfindən ictimai qaydanın necə və hansı formada pozulması müəyyən olunmur, bu barədə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsin əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.1965-ci ildə doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri Xətai rayonunda daimi yaşayan (İcazə Vəsiqəsi: DYİ № 0031526) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar