Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1616/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1, döngə 2 küçəsi ünvanında qeydiyyatda olan, ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə, 04 noyabr 2007-ci il təvəllüdlü X5 və 11 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 28 dekabr 2017-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimenti ödəmədiyindən əvvəllərdə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra cinayət törətdiyindən tutulmuş və cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən icra vərəqəsi cəzaçəkmə müəssisəsinə göndərilmiş, bundan sonra o, cəzasının çəkib qurtardıqdan sonra icra vərəqəsi icra şöbəsinə geri qaytarılmışdır. İcra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Bundan sonra yeri müəyyən olmadığından axtarışa vermiş və hazırda da polis orqanı tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Hazırda aliment borcun məbləği 23700 manat təşkil edir. 500 manat hazırda ödəniş etməyə razıdır, lakin tələbkar qəbul etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra sənədi barədə məlumatı vardır. 2022-ci ildə məhkum olunmuş, 2024-cü ildə cəzadan azad olmuşdur. Hazırda 15 gündür su maşınında işləyir, günə 30-40 manat qazanc əldə edir. 500 manat ödəniş edə bilər, lakin tələbkar razılaşmır. Dəfələrlə məhkum olduğundan ödəniş edə bilməmişdir. Belə ki, 2018-ci ildə məhkum olunmuş, 2022-ci ildə azad olunmuş və yenidən Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə təqsirli bilinərək tutulmuşdur. xx.xx.2024-cü ildə cəzasını çəkib qurtarmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi ödəməkdən yayınması səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs X1 xeyrinə, 04 noyabr 2007-ci il təvəllüdlü X5 və 11 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 28 dekabr 2017-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. -Xəzər Rayon Məhkəməsinin 3(003)-2147/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə ödəməli olan aliment məbləğindən heç bir ödəniş edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra sənədi üzrə tələbinin icra edilməməsinin səbəbi isə işləməməsindən və əvvəllər dəfələrlə məhkum olunmasından ibarətdir. Bu səbəblərin isə üzrlü hesab edilməsi əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ümumiyyətlə icra sənədi üzrə tələbin ödənilməsi üçün uzun müddət ərzində Şəxs tərəfindən hər hansı bir hərəkət olmamışdır. Bununla da icra sənədi üzrə tələb iki uşaq üçün ödənilməli olan alimentdən ibarət olmaqla həmin alimentin ödənilməməsi üçün onun tərəfindən üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Əməlindən səmimi peşmançılıq hissi keçirməsini məhkəmə, iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini, icra məmurunun çağırışlarından və məhkəmədən yayınmasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X9 X3 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1616/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1616/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver