Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1617/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024cü il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm, inzibati xəta haqqında prptokol düzgün tərtib olunmadığından, həmçinin təqdim olunmuş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-868/2024 saylı qərardadına əsasən «X1» MMC barəsində tərtib edilmiş həmin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cu maddəsinin tələblərinə uyğun qaydada tərtib edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Hazırda isə həmin protokol, hər hansı bir əlavələr edilmədən yenidən məhkəməyə təqdim edilmişdir. Qeyd olunur ki, inzibati xəta haqqında protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.1.4, 100.1.10, 100.2, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Hazırda protokola əlavə edilmiş elektron sistem vasitəsilə “protokolun tərtibində iştiraka dəvət” edilməsi barədə məktub əlavə edilməsinə baxmayaraq məhkəmə bir daha qeyd ki, «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP1932373 nömrəli, xx.xx.2024cü il tarixli protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə protokolun surətinin təqdim edilməsi və ya göndərilməsi, hüquqi şəxsin nümayəndəsi tərəfindən protokolun imzalanması və ya imza etməkdən imtina etməsi, həmçinin iştirak etmədiyi üçün imzalamasının mümkün olmaması barədə qeydlər aparılmamışdır. Həmçinin məhkəmə vurğulayır ki, inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar, yəni hüquqi şəxsin əməlində ona istinad olunan xətanın tərkib əlamətlərini təsdiqləyən məlumatlar göstərilməmiş və bu hallarla bağlı inzibati araşdırmanın nəticəsində əldə edilmiş müvafiq sənədlər protokola əlavə edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan məktubdan da görünür ki, hüquqi şəxs barəsində aşkar edilməsi istinad edilən xəta ilə bağlı müvafiq protokolun tərtib edilməsi üçün xx.xx.2024-cü il tarixli sənəd hüquqi şəxsə göndərilmiş, protokol isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Göstərilənlərdə başqa inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bu baxımdan inzibati tənbeh haqqında protokolda inzibati xətanın törədildiyi yerin göstərilməsi işə baxılması ilə əlaqədar əhəmiyyət kəsb edən hallardan ibarətdir. Həmçinin protokolda inzibati xətanın törədilmə vaxtının göstərilməməsi səbəbindən şəxsin inzibati məsuliyyət cəlb edilmə müddətinin keçib-keçmədiyini müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Odur ki, qanunvericiliyin tələbləri əsasında tərtib edilməyən protokolun iş üzrə sübut kimi qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan «X1» MMC barəsində tərtib edilmiş həmin protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1617/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1617/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver