Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1617/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs (Pasport AZE C********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxsnun Azərbaycan Respublikası İXM-nin 503cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada məlumat göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2025-ci il tarixli 00800-00765/25 saylı protokoldan görünür ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs **********29155/ **********29151 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən də “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Lakin onunla eyni aviareyslə gələn X4 “HOT50Pro” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla zağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********9155/ **********29151 olan İMEİ kodlarının “Samsung S25 Ultra’ markalı mobil telefona aid slduğu müəyyən edilmişdir. Beləliklə, **********29155/ **********29151 İME kodlu, ‘Samsung S25 Ultra” markalı mobil telefon Şəxs, İMEİ kodları “Samsung S25 Ultra” markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən “HOT50Pro” markalı mobil telefon isə Ertaş Günaydan protokollar əsasında götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Şəxs götürülmüş mobil telefonun dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 99 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş “Samsung S25 Ultra 1 ТВ” markalı mobil telefonun dəyəri 3000 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs zahatında bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə səhər reysi ilə Dubaya tanışı Şəxs ilə birlikdə gəzməyə getmişdir. Orada alış-veriş edib həmin gün də Bakıya 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi qayıtmışlar. X7 hava liman 2 saylı terminalda özü ilə gətirdiyi İMEİ kodu **********25851/ **********25854 olan Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim etmişdir. Təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən də ‘Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Lakin оnunla eyni aviareyslə gələn digər sərnişin X2 bəyan etmək isidiyi HOT50Pro” markalı mobil telefonun da eyni İMEİ koda malik olması səbəbindən təqdim etdiyi ‘Samsung S25 Ultra” markalı mobil telefon araşdırılma zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Şəxs həmçinin izahatında bildirmişdir ki, onun təqdim etdiyi 'Samsung S25 Ultra” markalı mobil telefonun İMEİ kodunun digər sərnişin Günay Eıraşın təqdim etdiyi “HOT50Pro” markalı telefonda aşkar edilsə də onu tanımır. 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi- Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi zamanı onun həqiqətən də eyni gün Bakı-Abu-Dabi-Bakı aviareysi ilə hərəkət etdiyi məlum olmuşdur. Araşdırma zamanı sözügedən “Samsung S25 Ultra” markalı mobil telefonun Şəxs tərəfindən şəxsi istifadə üçün alınması öz təsdiqini tapmamışdır Həmin mobil telefonun, həmçinin İMEİ kodları saxta olan digər mobil telefonun 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Bakı-Abu-Dabi-Bakı aviareysi ilə hərəkət edən Şəxs və onun kimi digər sərnişinlərə BƏƏ-də paylanması məqsədli şəkildə təşkil edilmişdir. Həmin sərnişinlər mobil telefonların daşınması və rüsumdan yanınmaq üçün BƏƏ-nin Dubay şəhərinə aparılmışdır. Həmçinin 27 fevral 2025-ci il tarixində 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə uçan şərnişinlər Azərbaycan Respublikası vətəndaşları X5 (çıxış - 09:26, giriş - 20:17), X3 (çıxış - 09:18, giriş - 20:06), X4 (çıxış - 09:26, giriş - 20:15), X8 (çıxış - 09:00, giriş - 20:13), Şəxs (çıxış - 09:18, giriş - 20:07), X9 (çıxış - 09:07, giriş - 20:13), X6 (çıxış - 09:12, giriş - 20:06) və Gürcüstan vətəndaşı Əmrah Məmmədovun (çıxış - 09:00, giriş - 20:29) həm onların izahatlarında qeyd etdiklərinə, həm də onlara aid sərhədkeçmə hesabatlarına əsasən müəyyən edilmiş ki, onlar 27 fevral 2025-ci il tarixində saat 09:45-də qalxması planlaşdırılan 5W7016 saylı Bakı-Abu-Dabi aviareysi ilə uçmuş və həmin gün 20:00 radələrində enən 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə geri qayıtmışlar. Qeyd edilənlərə əsasən uçuşun neçə saat davam etməsini və BƏƏ-nin Abu-Dabi şəhəri ilə Dubay şəhəri arasındakı məsafənin müəyyən edilməsi məqsədi ilə internet resurslarına baxış keçirilmişdir. Baxış zamanı “Flightradar24” tətbiqi vasitəsilə Bakı-Abu-Dabi aviareysinin uçuş müddətinin 2 saat 36 dəqiqə, “Google Maps” tətbiqində isə Abu-Dabi şəhəri ilə Dubay şəhəri arasındakı avtomobil vasitəsilə gedilən məsafənin 147 km olmaqla 1 saat 29 dəqiqə olduğu müəyyən edilmişdir. Əldə edilən məlumatların təhlili zamanı bu nəticəyə gəlmək olur ki, əgər uçuş planlaşdırılan vaxtda həyata keçirilərsə sərnişinlər saat 12:50-də Abu-Dabi hava limanında olacaqlar. Hava limanından Dubay şəhərinə isə 1 saat 30 dəqiqəlik avtomobil səfəri baş tutmalıdır. Bu halda onlar 14:20-də Dubay şəhərində olacaqlar. Geri dönüşdə isə Abu-Dabi- Bakı aviareysinin təxminən 20:00-da Bakı Beynəlxalq hava Limanına enməsi planlaşduılsa sərnişinlərin saat 17 radələrində Abu-dabi hava limanında olmaları və hava limanına axtında çata bilmələri üçün isə 15:30-da Dubay şəhərindən Abu-Dabi hava limanına gəlmələr, zəruridir. Belə olan halda adları yuxarıda qeyd edilən sərnişinlərin təxminən 1 saat ərzində Dubay şəhərində olduqları məlum olur. Bu da onu göstərir ki, onların izahatlarında göstərdikləri xüsusatlar həqiqəti əks etdirmir (çünki qeyd olunanları ətraflı təhlil edərkən sərnişinlərin Abu- Dabi hava limanında sərhədkeçmə proseduralarının da əlavə olaraq müəyyən vaxt apardığını nəzərə alsaq onların Dubay şəhərinə getmələri ümumiyyətlə mümkün deyildir). Belə ki, sərnişinlər Dubay şəhərinə getmədən Abu-Dabi şəhərində onlara paylanılan mobil telefonları təhvil almış və təlimata uyğun olaraq da geri qayıtmışlar. Beləliklə, araşdırmaya məlum olmayan mənbədən Şəxs daşınması üçün kommersiya fəaliyyəti məqsədi ilə verilmiş, 3000 manat dəyərində “Samsung S25 Ultra 1 ТВ” markalı mobil telefonu o, Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal kimi keçirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirova ünvanlanmış raportdan görünür ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn X4 “HOT50Pro” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********29155/ **********29151 olan İMEİ kodlarının “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası .ətəndaşı Şəxs **********29155/ **********29151 İMEİ kodlu Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən də “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Beləliklə, **********29155/ **********29151 İMEİ kodlu, “Samsung S25 Ultra” markalı mobil telefon Şəxs, İMEİ kodları sözügedən “Samsung S25 Ultra” markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən “HOT50Pro” markalı mobil telefon isə Ertaş Günaydan protokollar əsasında götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin rəyindən görünür ki, Hot50Pro 256 GB mobil telefonun orta bazar qiyməti 540 manat, Samsung S25 ultra 1TB GB markalı mobil telefonun orta bazar qiyməti təxminən 3000 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən cəmi dəyəri 3000 manat olan **********29155/ **********29151 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefonu satış məqsədilə başqa şəxslər vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan **********29155/ **********29151 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon müsadirə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1617/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1617/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver