Məhkəmə qərarları › İş №3(003)-1619/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1619/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1619/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, vətəndaş Rzayeva (Ertaş) Günay Fəxrəddin qızının iştirakı ilə, Rzayeva (Ertaş) Günay Fəxrəddin qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirirək, məhkəmə Müəyyənetdi: Rzayeva (Ertaş) Günay Fəxrəddin qızı barəsində İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli 00800-00763/25 nömrəli protokol inzibati xəta haqqında materiallarla birlikdə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. 13 iyun 2025-ci il tarixli 00800-00763/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş raporta əsasən, HNBGİ ƏTİ Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. Belə ki, 27 evral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn Azərbaycan Respublikası vətəndaşı Rzayeva (Ertaş) Günay Fəxrəddin qızı "HOT50Pro" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********29155/ **********29151 olan İMEİ kodlarının "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası vətəndaşı X2 **********29155/ **********29151 İMEİ kodlu "Samsung S25 Ultra" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən də "Samsung S25 Ultra" markalı mobil telefon aid olduğu məlum olmuşdur. Beləliklə, **********29155/ **********29151 İMEİ kodlu, "Samsung S25 Ultra" markalı mobil telefon Şəbnəm Kərimovadan, İMEİ kodları sözügedən "Samsung S25 Ultra" markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən "HOT50Pro" markalı mobil telefon isə Rzayeva (Ertaş) Günaydan protokollar əsasında götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Rzayeva (Ertaş) Günay Fəxrəddin qızından götürülmüş mobil telefonun dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərar Azərbaycan Ticarət Sənaye Palatasının "Azərekspertiza" Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 102 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş "HOT50Pro 256 GB markalı mobil telefonun dəyəri 540 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Rzayeva (Ertaş) Günay Fəxrəddin qızı izahatında bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə səhər reysi ile Dubaya tanışı Şəhla Əliyeva ilə birlikdə gəzməyə getmişlər. Orada alış-veriş edib həmin gün də 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi Bakıya qayıtmışlar. X5 hava limanı 2 saylı terminalda özü ilə gətirdiyi "HOT50Pro" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmişdir. Təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********29155/ **********29151 olan İMEİ kodlarının əslində "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu məlum olmuşdur. Nəticədə həmin mobil telefon araşdırılma zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Rzayeva (Ertaş) Günay həmçinin izahatında bildirmişdir ki, onun təqdim etdiyi "HOT50Pro" markalı mobil telefonun İMEİ kodunun digər sərnişin X1 təqdim etdiyi "Samsung S25 Ultra" markalı telefonda aşkar edilsə də onu tanımır. İXM-nin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə materialları araşdırdıqdan sonra hesab edir ki, Rzayeva (Ertaş) Günay Fəxrəddin qızının İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur, onun əməlində İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur, lakin işin hallarından görünür ki, Rzayeva (Ertaş) Günay Fəxrəddin qızının inzibati məsuliyyət cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Belə ki, İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar aiddir və İXM-nin 38.1-ci maddəsinə əsasən bu xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin müddəalarına görə İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-nin 53.1.6-cı maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105.1-ci maddəsi). Dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. (İXM-nin 115.4.1-ci maddəsi). Dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir (İXMnin 115.4.2-ci maddəsi). Göstərilənlərə əsasən və yuxarıda sadalanmış qanunvericiliyin tələblərini rəhbər tutaraq, Rzayeva (Ertaş) Günay Fəxrəddin qızı İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməli, "HOT50Pro" markalı mobil telefon Rzayeva (Ertaş) Günay Fəxrəddin qızına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 53.1.6, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayeva (Ertaş) Günay Fəxrəddin qızı, İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. "HOT50Pro" markalı mobil telefon Rzayeva (Ertaş) Günay Fəxrəddin qızına qaytarılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar