Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1620/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şəxs (mətndə İXM) 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirirək, məhkəmə Müəyyən etdi: Şəxs barəsində İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli 00800-00762/25 nömrəli protokol inzibati xəta haqqında materiallarla birlikdə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. 13 iyun 2025-ci il tarixli 00800-00762/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş raporta əsasən, HNBGİ ƏTİ Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. Belə ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs "Spark 30c" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********17387/**********17380 olan İMEİ kodlarının "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası vətəndaşı X1 **********17387/**********17380İMEİ kodlu "Samsung S25 Ultra" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən də "Samsung S25 Ultra" markalı mobil telefon aid olduğu məlum olmuşdur. Beləliklə, **********17387/**********17380 İMEİ kodlu, "Samsung S25 Ultra" markalı mobil telefonİlahə Qasımovadan, İMEİ kodları sözügedən "Samsung S25 Ultra" markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən "Spark 30 c" markalı mobil telefon isə Şəxs protokollar əsasında götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Şəxs götürülmüş mobil telefonun dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərar Azərbaycan Ticarət Sənaye Palatasının "Azərekspertiza" Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 102 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş "Spark 30c 512 GB markalı mobil telefonun dəyəri 240 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-nin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə materialları araşdırdıqdan sonra hesab edir ki, Şəxs İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur, onun əməlində İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur, lakin işin hallarından görünür ki, Şəxs inzibati məsuliyyət cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Belə ki, İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar aiddir və İXM-nin 38.1-ci maddəsinə əsasən bu xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin müddəalarına görə İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-nin 53.1.6-cı maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105.1-ci maddəsi). Dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. (İXM-nin 115.4.1-ci maddəsi). Dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir (İXMnin 115.4.2-ci maddəsi). Göstərilənlərə əsasən və yuxarıda sadalanmış qanunvericiliyin tələblərini rəhbər tutaraq, Şəxs İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməli, "Spark 30 c" markalı mobil telefon Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 53.1.6, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. "Spark 30 c" markalı mobil telefon Şəxs qaytarılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1620/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1620/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver