Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1621/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, xx.xx.1991-ci ildə İsmayıllı rayonunun, Quşencə kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, İsmayıllı rayonunun, Quşencə kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində kirayədə yaşayan Şəxs İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə gəlirdi. X4 hava limanı 2 saylı terminalda özü ilə gətirdiyi İMEİ kodu **********851/ **********25854 olan "Samsung S25 Ultra" markalı mobil telefonu gömrük orqanına təqdim etmişdir. Təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən də "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu məlum oldu. Lakin onunla eyni aviareyslə gələn digər sərnişin X1 bəyan etmək istədiyi "HOT50Pro" markalı mobil telefonun da eyni İMEİ koda malik olması səbəbindən təqdim etdiyi İMEİ kodu 35**********851/ **********854 olan "Samsung S25 Ultra" markalı mobil telefon araşdırılma zərurəti ilə əlaqədar olaraq götürüldü. həmin telefonu Abu-Dabi şəhərində almışdır. Özünə məxsusdur, lakin İMEİ kodunun başqa telefonda olduğunu bilmirdi. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, 00800-00767/25 nömrəli protokoldan görünür ki, 7 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı X5 "HOT50 Pro" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun 35**********851/ **********25854 olan İMEİ kodlarının "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikası vətəndaşı Şəxs 35**********851/ **********25854 İMEİ kodlu "Samsung S25 Ultra" markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodların həqiqətən də "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu məlum olmuşdur. Beləliklə, 35**********851/ **********25854 İMEİ kodlu, "Samsung S25 Ultra" markalı mobil telefon Şəxs, İMEİ kodları sözügedən "Samsung S25 Ultra" markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən "HOT50 Pro" markalı mobil telefon isə Yetər Məmmədlidən protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Şəxs götürülmüş mobil telefonun dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərar Azərbaycan Ticarət Sənaye Palatasının "Azərekspertiza" Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 100 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş "Samsung S25 Ultra 512 GB" markalı mobil telefonun dəyəri 2500 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs izahatında bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə səhər reysi ilə Dubaya tanışı Şəbnəm Kərimova ilə birlikdə gəzməyə getmişdir. Orada alış-veriş edib həmin gün də Bakıya 5W7221 saylı Abu-Dabi- Bakı aviareysi qayıtmışlar. X4 hava limanı 2 saylı terminalda özü ilə gətirdiyi İMEİ kodu 35**********851/ **********25854 olan "Samsung S25 Ultra" markalı mobil telefonu gömrük orqanına təqdim etmişdir. Təqdim olunan mobi telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun həqiqətən da "Samsung S25 Ultra" markalı mobil telefona aid olduğu məlum olmuşdur. Lakin onunla eyn aviareyslə gələn digər sərnişin X1 bəyan etmək istədiyi "HOT50Pro markalı mobil telefonun da eyni İMEİ koda malik olması səbəbindən təqdim etdiyi "Samsung S25 Ultra" markalı mobil telefon araşdırılma zərurəti ilə əlaqədar olaraq götürülmüşdür Şəbnəm Kərimova hamcinin izahatında bildirmisdir ki, onun taqdim etdivi "Samsung S25 Ultra markalı mobil telefonun İMEİ kodunun digər sərnişin Günay Etraşın təqdim etdiyi "HOT50Pro" markalı telefonda aşkar edilsə də onu tanımır. 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi zamanı onun həqiqətən də eyni gün Bakı-Abu-Dabi-Bakı aviareysi ilə hərəkət etdiyi məlum olmuşdur. Araşdırma zamanı sözügedən "Samsung S25 Ultra" markalı mobil telefonun Şəxs tərəfindən şəxsi istifadə üçün alınması şübhə doğurmuşdur. Həmin mobil telefonun, həmçinin İMEİ kodları saxta olan digər mobil telefonun 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Bakı-Abu-Dabi-Bakı aviareysi ilə hərəkət edən Şəxs və onun kimi digər sərnişinlərə BƏƏ-də paylanması məqsədli şəkildə təşkil edilmişdır. Həmin sərnişinlər mobil telefonların daşınması və rüsumdan yanınmaq üçün BƏƏ-nin Dubay şəhərinə aparılmışdır. Əldə edilən məlumatların təhlili zamanı bu nəticəyə gəlmək olur ki, əgər uçuş planlaşdırılan vaxtda həyata keçirilərsə sərnişinlər saat 12:50-də Abu-Dabi hava limanında olacaqlar. Hava limanından Dubay şəhərinə isə 1 saat 30 dəqiqəlik avtomobil səfəri baş tutmalıdır. Bu halda onlar 14:20-də Dubay şəhərində olacaqlar. Geri dönüşdə isə Abu- Dabi- Bakı aviareysinin təxminən 20:00-da Bakı Beynəlxalq hava Limanına enməsi planlaşdırılsa sərnişinlərin saat 17 radələrində Abu-dabi hava limanında olmaları və hava limanına vaxtında çata bilmələri üçün isə 15:30-da Dubay şəhərindən Abu-Dabi hava limanına gəlmələri zəruridir. Belə olan halda adları yuxarıda qeyd edilən sərnişinlərin təxminən 1 saat ərzində Dubay şəhərində olduqları məlum olur. Bu da onu göstərir ki, onların izahatlarında göstərdikləri Xüxusatlar həqiqəti əks etdirmir (çünki qeyd olunanları ətraflı təhlil edərkən sərnişinlərin Abu- Dabi hava limanında sərhəd keçmə proseduralarının da əlavə olaraq müəyyən vaxt apardığını nəzərə alsaq onların Dubay şəhərinə getmələri ümumiyyətlə mümkün deyil). Belə ki, sərnişinlər Dubay şəhərinə getmədən Abu-Dabi şəhərində onlara paylanılan mobil telefonları təhvil almış və təlimata uyğun olaraq da geri qayıtmışlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəyəri 2500 manat dəyərində "Samsung S25 Ultra 512 GB" markalı mobil telefonu Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiva məqsədləri üçün nəzərdə tutulmayan mal kimi keçirmişdir. İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğində cərimə edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdiriən halların olmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin (2500 manat) otuz faizi məbləğində, yəni 750 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin otuz faizi məbləğində, yəni 750 manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(003)-1621/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1621/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver