Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1622/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində saat 08:30 radələində Bilgəh yolu ilə işə gedərkən BŞDYPİ-nin (**-AA-***) rəisinin göstərişi ilə digər YPX ekipajı tərəfindən saxlanılmışdır. Avtomobilini saxlayan YPX ekipajından səbəbini soruşduqda onların bu barədə məlumatsız olmasını və sadəcə rəisin göstərişini icra etdiklərini bildirmişlər. Nəticədə yerində heç bir protokol tərtib olunmadan səbəbsiz olaraq avtomobili müvəqqəti duracağa yerləşdirilmişdir. Səbəbinə gəlincə əlavə avadanlığın quraşdırılması göstərilmişdir. Halbuki avtomobildə əlavə avadanlıq deyil, sadəcə aksesuarlar quraşdırılmış və onunda ən qısa bir zamanda aradan qaldırılması mümkün idi və edilmişdir. O, şikayət ilə BŞDYPİ-nə getmiş, polis mayoru Arzuman Arzumanlı adlı bir əməkdaş ona bu vəziyyət ilə barışıb protokola imza atmağını təhrik etmiş, o protokol ilə razılaşmamışdır. Araşdırma bitmədiyi halda avtomobilə heç bir baxış keçirilmədən qeyri-qanuni olaraq 150 manat məbləğində cərimə onlayn şəkildə tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixində ******* nömrəli qərar ilə cərimə edilmiş və bu qərardan şikayətçidir. Məhkəmə iclaslarında X5 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və şikayətinin məzmununa oxşar izahat verdi. İzahatında bildirdi ki, onun avtomobili sport formasında olduğundan elə bilmişlər ki, avotmobilə əlavə avadanlıqlar yerləşdirilmişdir. Halbuki avtomobildə olan “spoyler” avtomobilin özünə məxsusdur. Polis əməkdaşları bildirirlər ki, avtomobil üzərində “spoyler” olmur, sonradan quraşdırılmışdır. Lakin onun avtomobili “Mitsubishi Lancer” markalı avtomobildir və rəsmi servisdən bu barədə maraqlananda ona bildirmişlər ki, həmin avtomobilin üzərində “spoyler” olur. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında X5, xx.xx.2024-cü il tarixində, saat 09:20-də Bakı, Bilgəh yolunda “Mitsubishi Lancer” minik markalı, ** NM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X5, xx.xx.2024-cü il tarixində, saat 09:20-də Bakı, Bilgəh yolunda “Mitsubishi Lancer” minik markalı, ** NM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X2 şikayəti ondan ibarətdir ki, ona məxsus “Mitsubishi Lancer” minik markalı avtomobilə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmamışdır. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X4 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin şikayətdən və X2 məhkəmə iclasında verdiyi izahatından görünür ki, onun avtomobilində əlavə aksesuarlar quraşdırılmış və “spoyler” mövcud olmuşdur. Bu hal nəzərə alındıqda məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi vaxtı X4 məxsus avtomobildə olan avadanlıqlar, nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni normativ tələblər pozulmaqla quraşdırılması məsələsi tam hər tərəfli araşdırılmalı olan məsələdən ibarətdir ki, hazırki halda bu məsələnin araşdırılması mümkün deyil. Belə ki, məhkəməyə yalnız inzibati tənbeh vermə haqqında qərar təqdim olunmuş, inzibati xətanın törədilməsi anında aşkar edilmiş faktlarla bağlı hər hansı bir material təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1622/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1622/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver