Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1622/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, xx.xx.2003-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı Şəxs qıznın (Pasport AZE C********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar və yaxud onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, 00800-00764/25 nömrəli protokoldan görünür ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs “HOT50 Pro” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********25851/ **********25854 olan İMEİ kodlarının ‘Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikası vətəndaşı X4 **********25851/ **********25854 İMEİ kodlu Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodların həqiqətən də ‘Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Beləliklə, **********25851/ **********25854 İMEİ kodlu, “Samsung S25 Ultra” markalı mobil telefon Rəşidə Bədəlovadan, İMEİ kodları sözügedən 'Samsung S25 Ultra” markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən 'HOT50 Pro” markalı mobil telefon isə Şəxs protokollar əsasında götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Şəxs götürülmüş mobil telefonun dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərar Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 100 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş “HGT50 Pro 512GB” markalı mobil telefonun dəyəri 540 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs məxsus mobii nömrə iıə əlaqə saxlanılaraq baş idarəyə dəvət olunmuş, lakin Şəxs ailə vəziyyətini əsas gətirərək izahat vermək üçün gəlməmişdir. Buna baxmayaraq onunla eyni reyslə gələn qardaşı Gürcüstan vətəndaşı Mamedovi Amrakh (Məmmədov Əmrah) izahatında bildirmişdir ki, bacısı Şəxs özü ilə gətirdiyi “HOT50 Pro” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********25851/ **********25854 olan İMEİ kodlarının əslində “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi zamanı onun həqiqətən də eyni gün Bakı-Abu-Dabi-Bakı aviareysi ilə hərəkət etdiyi məlum olmuşdur. Həmçinin 27 fevral 2025-ci il tarixində 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə uçan sərnişinlər Azərbaycan Respublikası vətəndaşları X5 (çıxış - 09:26, giriş - 20:17), X1 (çıxış - 09:18, giriş - 20:06), X2 (çıxış - 09:26, giriş - 20:15), Şəxs (çıxış - 09:00, giriş - 20:13), X3 (çıxış - 09:18, giriş - 20:07), X6 (çıxış - 09:07, giriş - 20:13), X4 (çıxış - 09:12, giriş - 20:06) və Gürcüstan vətəndaşı Əmrah Məmmədovun (çıxış - 09:00, giriş - 20:29) həm onların izahatlarında qeyd etdiklərinə, həm də onlara aid sərhədkeçmə hesabatlarına əsasən müəyyən edilmiş ki, onlar 27 fevral 2025-ci il tarixində saat 09:45-də qalxması planlaşdırılan 5W7016 saylı Bakı-Abu-Dabi aviareysi ilə uçmuş və həmin gün 20:00 radələrində enən 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə geri qayıtmışlar. Qeyd edilənlərə əsasən uçuşun neçə saat davam etməsini və BƏƏ-nin Abu-Dabi şəhəri ilə Dubay şəhəri arasındakı məsafənin müəyyən edilməsi məqsədi ilə internet resurslarına baxış keçirilmişdir. Baxış zamanı “Flightradar24” tətbiqi vasitəsilə Bakı-Abu-Dabi aviareysinin uçuş müddətinin 2 saat 36 dəqiqə, “Google Maps” tətbiqində isə Abu-Dabi şəhəri ilə Dubay şəhəri arasındakı avtomobil vasitəsilə gedilən məsafənin 147 km olmaqla 1 saat 29 dəqiqə olduğu müəyyən edilmişdir. Əldə edilən məlumatların təhlili zamanı bu nəticəyə gəlmək olur ki, əgər uçuş planlaşdırılan vaxtda həyata keçirilərsə sərnişinlər saat 12:50-də Abu-Dabi hava limanında olacaqlar. Hava limanından Dubay şəhərinə isə 1 saat 30 dəqiqəlik avtomobil səfəri baş tutmalıdır. Bu halda onlar 14:20-də Dubay şəhərində olacaqlar. Geri dönüşdə isə Abu-Dabi-Bakı aviareysinin təxminən 20:00-da Bakı Beynəlxalq hava Limanına enməsi planlaşdırılsa sərnişinlərin saat 17 radələrində Abu-dabi hava limanında olmaları və hava limanına vaxtında çata bilmələri üçün isə 15:30-da Dubay şəhərindən Abu-Dabi hava limanına gəlmələri zəruridir. Belə olan halda adları yuxarıda qeyd edilən sərnişinlərin təxminən 1 saat ərzində Dubay səhərində olduqları məlum olur. Bu da onu göstərir ki, onların izahatlarında göstərdikləri xüsusatlar həqiqəti əks etdirmir (çünki qeyd olunanları ətraflı təhlil edərkən sərnişinlərin Abu-Dabi hava limanında sərhədkeçmə proseduralarının da əlavə olaraq müəyyən vaxt apardığını nəzərə alsaq onların Dubay şəhərinə getmələri ümumiyyətlə mümkün deyildir). Belə ki, sərnişinlər Dubay şəhərinə getmədən Abu-Dabi şəhərində onlara paylanılan mobil telefonları təhvil almış və təlimata uyğun olaraq da geri qayıtmışlar. Bu fakt 3-33-3100/013/006434 saylı raport, 27 yanvar 2025-ci il tarixli yoxlama və götürmə haqında protokol, xx.xx.2025-ci il tarixli ekspert rəyi, baxış protokolları və işdə olan digər sənədlərlə təsdiq olunur. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs “HOT50 Pro” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********25851/ **********25854 olan İMEİ kodlarının ‘Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikası vətəndaşı X4 **********25851/ **********25854 İMEİ kodlu Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodların həqiqətən də ‘Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Beləliklə, **********25851/ **********25854 İMEİ kodlu, “Samsung S25 Ultra” markalı mobil telefon Rəşidə Bədəlovadan, İMEİ kodları sözügedən 'Samsung S25 Ultra” markalı mobil telefonun qeyd edilən İMEİ kodları ilə eynilik təşkil edən 'HOT50 Pro” markalı mobil telefon isə Şəxs protokollar əsasında götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Şəxs götürülmüş mobil telefonun dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərar Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 100 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş “HGT50 Pro 512GB” markalı mobil telefonun dəyəri 540 manat olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Lakin məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar aid olduğundan məhkəmə hesab edir ki, hazırki iş üzrə bu müddət ötürülmüşdür. Belə ki, işin hallarından görünür ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu- Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs “HOT50 Pro” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun **********25851/ **********25854 olan İMEİ kodlarının "Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikası vətəndaşı X4 **********25851/ **********25854 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodların həqiqətən də “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Yəni onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 27 fevral 2025-ci il tarixdə törədilmişdir. Həmin tarixdən isə inzibati tənbehin tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dörd ay müddət keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənlərdən başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Şəxs tərəfindən idxal olunan mallar orijinal olmadığından, yəni saxta mallar olduğundan, qanunvericlikdə bu kimi malların idxal edən şəxsə qaytarılması nəzərdə tutulmadığından, həmçinin inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinməsinə baxmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin sanksiyasında imperativ qaydada saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə cərimə tənbeh tətbirinin tətbiq edilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırki qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut olan **********25851/ **********25854 İMEİ kodlu “HOT50 Pro” markalı mobil telefon dövlət mülkiyyətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra **********25851/ **********25854 İMEİ kodlu “HOT50 Pro” markalı mobil telefon dövlət mülkiyyətinə verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1622/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1622/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver