Məhkəmə qərarları › İş №3(003)-1623/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1623/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1623/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 448-ci və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada məlumat göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00549/24 saylı protokoldan görünür ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs “Spark 20Pro+” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonu rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodlarının **********09020/ **********09021 olan mobil telefonun “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra həmin aviareys ilə gələn Azərbaycan Respublikası vətəndaşı X9 **********09020/ **********09021 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmişdir. Bu mobil telefonun İMEİ kodları Şəxs protokol əsasında götürülən “Spark 20Pro+” markalı mobil telefonun İMEİ kodları ilə eynilik təşkil etdiyindən sözügedən mobil telefon Fərid Quluzadədən, “Spark 20Pro+" markalı mobil telefon isə Şəxs protokol əsasında götürülmüşdür. Həmçinin Şəxs yüklərinə baxış zamanı gömrük orqanına bəyan etmədiyi qutusuz halda **********17387/ **********17380 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon aşkar edilmişdir. Belə ki, həmin mobil telefonun boş qutusu Gürcüstan vətəndaşı Elvin Muradovdan aşkar edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq “Samsung S25 Ultra” markalı mobil telefon və həmin mobil telefona məxsus boş qutu da sərnişinlərdən götürülmüşdür. Azərbaycan Respublikası vətəndaşı Şəxs götürülmüş mobil telefonların dəyərinin müəyyən edilməsi üçün, xx.xx.2025-ci il tarixli qərar Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 101 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş “Spark 20 Pro+ 256 GB” markalı mobil telefonun dəyəri 390 manat, “Samsung S25 Ultra 256 GB” markalı mobil telefonun dəyərinin isə 2150 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs izahatında bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə səhər reysi ilə Dubaya xalası qızı Şəbnəm Kərimova ilə birlikdə gəzməyə getmişlər. Orada alış-veriş edib həmin gün də 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi Bakıya qayıtmışlar. 27 fevral 2025-ci il tarixdə X8 hava limanı 2 saylı terminalda özü ilə gətirdiyi İMEİ kodları **********09020/ **********09021 olan “Spark 20 Pro+” markalı mobil telefonu gömrük orqanına təqdim edərək, təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefona məxsus İMEİ kodların əslində “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuş və bu səbəbdən də araşdırılma zərurəti ilə əlaqədar olaraq “Spark 20 Pro+” markalı mobil telefon götürüldü. Həmçinin yüklərinə baxış zamanı gömrük orqanına bəyan etmədiyi qutusuz halda **********17387/ **********17380 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon aşkar edilmişdir. Belə ki, həmin mobil telefonun qutusu onunla eyni aviareyslə gələn Gürcüstan vətəndaşı Elvin Muradovdan, onun təqdim etdiyi saxta İMEİ vurulmuş “Spark 20 Pro+” markalı mobil telefonun əsli isə Azərbaycan Respublikası vətəndaşı Fərid Quluzadədən, saxta İMEİ vurulmuş “Spark 30C” makarlı mobil telefon isə Azərbaycan Respublikası vətəndaşı X2 aşkar edilmişdi. Şəxs həmçinin izahatında nbildirmişdir ki, o, Azərbaycan Respublikası vətəndaşı X6 və Gürcüstan vətəndaşı Elvin Muradovu tanımır . 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi zamanı onun həqiqətən də eyni gün Bakı-Abu-Dabi-Bakı aviareysi ilə hərəkət etdiyi məlum olmuşdur. Həmçinin 27 fevral 2025-ci il tarixində 5W7221 saylı Abu- Dabi-Bakı aviareysi ilə uçan şərnişinlər Azərbaycan Respublikası vətəndaşları X6 (çıxış - 09:26, giriş - 20:17), Şəxs (çıxış - 09:18, giriş - 20:06), X3 (çıxış - 09:26, giriş - 20:15), X10 (çıxış - 09:00, giriş - 20:13), X4 (çıxış - 09:18, giriş - 20:07), X9 (çıxış - 09:07, giriş - 20:13), X7 (çıxış - 09:12, giriş - 20:06) və Gürcüstan vətəndaşı Əmrah Məmmədovun (çıxış - 09:00, giriş - 20:29) həm onların izahatlarında qeyd etdiklərinə, həm də onlara aid sərhədkeçmə hesabatlarına əsasən müəyyən edilmiş ki, onlar 27 fevral 2025-ci il tarixində saat 09:45-də qalxması planlaşdırılan 5W7016 saylı Bakı-Abu-Dabi aviareysi ilə uçmuş və həmin gün 20:00 radələrində enən 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə geri qayıtmışlar. Qeyd edilənlərə əsasən uçuşun neçə saat davam etməsini və BƏƏ-nin Abu- Dabi şəhəri ilə Dubay şəhəri arasındakı məsafənin müəyyən edilməsi məqsədi ilə internet resurslarına baxış keçirdim. Baxış zamanı “Flightradar24” tətbiqi vasitəsilə Bakı-Abu-Dabi aviareysinin uçuş müddətinin 2 saat 36 dəqiqə, “Google Maps” tətbiqində isə Abu-Dabi şəhəri ilə Dubay şəhəri arasındakı avtomobil vasitəsilə gedilən məsafənin 147 km olmaqla 1 saat 29 dəqiqə olduğu müəyyən edilmişdir. Əldə edilən məlumatların təhlili zamanı bu nəticəyə gəlmək olur ki, əgər uçuş planlaşdırılan vaxtda həyata keçirilərsə sərnişinlər saat 12:50-də Abu-Dabi hava limanında olacaqlar. Hava limanından Dubay şəhərinə isə 1 saat 30 dəqiqəlik avtomobil səfəri baş tutmalıdır. Bu halda onlar 14:20-də Dubay şəhərində olacaqlar. Geri dönüşdə isə Abu-Dabi-Bakı aviareysinin təxminən 20:00-da Bakı Beynəlxalq hava Limanına enməsi planlaşdırılsa sərnişinlərin saat 17 radələrində Abudabi hava limanında olmaları və hava limanına vaxtında çata bilmələri üçün isə 15:30-da Dubay şəhərindən Abu-Dabi hava limanına gəlmələri zəruridir. Belə olan halda adları yuxarıda qeyd edilən sərnişinlərin təxminən 1 saat ərzində Dubay şəhərində olduqları məlum olur. Bu da onu göstərir ki, onların izahatlarında göstərdikləri xüsusatlar həqiqəti əks etdirmir (çünki qeyd olunanları ətraflı təhlil edərkən sərnişinlərin Abu- Dabi hava limanında sərhədkeçmə proseduralarının da əlavə olaraq müəyyən vaxt apardığını nəzərə alsaq onların Dubay şəhərinə getmələri ümumiyyətlə mümkün deyil). Belə ki, sərnişinlər Dubay şəhərinə getmədən Abu-Dabi şəhərində onlara paylanılan mobil telefonları təhvil almış və təlimata uyğun olaraq da geri qayıtmışlar.Nəticədə Azərbaycan Respublikası vətəndaşı Şəxs Məlikaqa qızı tərəfində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X1 xx.xx.2025ci il tarixdə sərnişin qismində gömrük sərhədini keçərkən 2150 manat dəyərində olan “Samsung S25 Ultra 256 GB” markalı mobil telefonu gömrük orqanına bəyan etməmişdir. Azərbaycan Respublikası İXM-in 482.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən az miqdarda keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin aid edildiyi qeyd hissədə göstərilmişdir ki, “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Qeyd edilənlərə əsasən mövcud hallar onu deməyə əsas verir ki, Şəxs ona aid olan, mütləq bəyan edilməli olan malları bəyan etməmiş, bununla da onun tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 482.1 -ci tərkib əlamətləri vardır. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Şəxs Məlikaqa qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, 3-33-3100/013/006436 nömrəli raport, 27 yanvar 2025-ci il tarixli “yoxlama və götürmə haqqında protokol”, xx.xx.2025-ci il tarixli ekspert rəyi, baxış protokolları və işdə olan digər sənədlərlə tam təsdiq olunur. İş materiallarında olan Əməliyyat şöbəsinin rəisi, gömrük xidməti mayoru X15 Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirova ünvanlanmış raportundan görünür ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs Spark 20Pro+” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodlarının **********09020/ **********09021 olan mobil telefonun “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra həmin aviareys ilə gələn Azərbaycan Respublikası vətəndaşı X9 **********09020/ **********09021 İMEİ kodlu “Samsung S25 Ultra” rarkalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmişdir. Bu mobil telefonun İMEİ kodları Şəxs protokol əsasında götürülən “Spark 20Pro+” markalı mobil telefonun İMEİ kodları ilə eynilik təşkil etdiyindən sözügedən mobil telefon Fərid Quluzadədən, Spark 20Pro+” markalı mobil вefon isə Şəxs protokol əsasında götürülmüşdür. Həmçinin Şəxs yüklərinə baxış zamanı gömrük orqanına eyan etmədiyi qutusuz halda **********17387/ **********17380 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon aşkar edilmişdir. Belə ki, həmin mobil telefonun qutusu Gürcüstan vətəndaşı Elvin Muradovdan, saxta İMEİ vurulmuş “Spark 30C” makarlı mobil telefon isə Azərbaycan Respublikası vətəndaşı X2 aşkar edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq “Samsung S25 Ultra” markalı mobil telefon da sərnişindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 19 may 2025-ci il tarixli 101 nömrəli rəyindən görünür ki, 1 ədəd Spark 20Pro+ 250GB telefonun bazar dəyəri 390 manat, 1 ədəd Samsung S25 Ultra 256 GB telefonun bazar dəyəri 2150 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 27 fevral 2025-ci il tarixdə 5W7221 saylı Abu-Dabi-Bakı aviareysi ilə gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Şəxs Spark 20Pro+” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmiş və təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən İMEİ kodlarının **********09020/ **********09021 olan mobil telefonun “Samsung S25 Ultra” markalı mobil telefona aid olduğu məlum olmuşdur. Daha sonra həmin aviareys ilə gələn Azərbaycan Respublikası vətəndaşı X9 **********09020/ **********09021 İMEİ kodlu “Samsung S25 Ultra” rarkalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun rəsmiləşdirilməsini xahiş etmişdir. Bu mobil telefonun İMEİ kodları Şəxs protokol əsasında götürülən “Spark 20Pro+” markalı mobil telefonun İMEİ kodları ilə eynilik əşkil etdiyindən sözügedən mobil telefon Fərid Quluzadədən, Spark 20Pro+” markalı mobil вefon isə Şəxs protokol əsasında götürülmüşdür. Həmçinin Şəxs yüklərinə baxış zamanı gömrük orqanına eyan etmədiyi qutusuz halda **********17387/ **********17380 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon aşkar edilmişdir. Belə ki, həmin mobil telefonun qutusu Gürcüstan vətəndaşı Elvin Muradovdan, saxta İMEİ vurulmuş “Spark 30C” makarlı mobil telefon isə Azərbaycan Respublikası vətəndaşı X2 aşkar edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq “Samsung S25 Ultra” markalı mobil telefon da sərnişindən götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunan qanunvericilik normalarının tələblərini və iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinməli, lakin İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından həmin Məcəllənin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malın müsadirə edilməsi növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında maddi sübut kimi saxlanılan inzibati xətanın bilavasitə obyekti olan **********17387/ **********17380 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Hazırki qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut olan “Spark 20Pro+” markalı mobil telefon dövlət mülkiyyətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair iş üzrə icraata xitam verilsin. Qərar qanuni qüvvəyə midikdən sonra İMEİ kodları **********09020/ **********09021 olan “Spark 20Pro+” markalı mobil telefon dövlət mülkiyyətinə verilsin. xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı Şəxs (Pasport AZE C********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan **********17387/ **********17380 İMEİ kodlu “Samsung S25 Ultra” markalı mobil telefon müsadirə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar