Məhkəmə qərarları › İş №3(003)-1625/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1625/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1625/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Cəlilabad rayonunun, Göytəpə şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri, Xəzər Rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 14 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, sürücü X1 idarə etdiyi “Ford Fusion” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur, zərbə nəticəsində "Ford Fusion" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil bir qədərqarşı tərəfə hərəkət edib, hadisə yerində yolun kənarında fəaliyyət göstərən "Oba" marketin qarşısında avtomobil parklanma yerində dayanmış vəziyyətdə olan və salonunda sürücüsünün olmadığı “Hyundai" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa tərəfinə çırpılmışdır. Qeyd edilən faktla bağlı cinayət işinin başlanması rədd edilmiş və Bakı şəhəri Xəzər Rayon DYPŞ-dən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş 22 aprel 2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə təxminən saat 12:20 radələrində idarə etdiyim "Ford Fusion" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, Sovxoz Binə qəsəbəsi istiqamətindən, Binə qəsəbəsinin mərkəzi istiqamətində gedən bir istiqamətli, iki zolaqlı yolun sağdan ikinci zolağı ilə hərəkət edib, qarşıda yol ayrıcından avtomobil ilə sola dönüb, yol ayrıcından əks istiqamət yola keçib, düzünə məhəllə daxili yola tərəf hərəkətimi davam etdirmək istəyirdim. Mən avtomobilin sola dönmə işığını yandırıb, yol ayrıcına yaxınlaşdım, yol ayrıcından qanunla sola dönmə qadağan olunan yerdən, yolun əks istiqamətinə daxil olmazdan əvvəl avtomobili yol ayrıcında tam saxladım ki, yolun əks isitiqamətində avtomobil hərəkəti dayansın və mən hərəkətimi avtomobil ilə davam etdirim. Yolun əks istiqamətinin boş olmasını görüb, yol ayrıcında avtomobili hərəkətə gətirib saatda təxminən 5-7 km sürətlə yolun əks istiqamətinə daxil olub, bir zolağı keçib, ikinci zolağa daxil olan zaman yolun əks istiqmətində hərəkət edən "Toyota Prius" markalı avtomobilin qabaq tərəfi mənim avtomobilin qabaq sağ qabaq qanadının yan tərəfinə çırpıldı, zərbənin təsirindən mənə məxsus avtomobil sürüşüb bir qədər qarşılda yolun kənarında dayanmış vəziyyətrdə olan və salonunda sürücüsü olmayan “Hyundai" markalı avtomobilin arxa tərəfində çırpılaraq zəncirvari yol nəqliyyat hadisəsi baş verdi. Məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2025-ci il tarixli 8/183 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə yanaşı Şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, məhkəmə-avtotexniki və məhkəmə-tibbi ekspertizalarının rəyləri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə təsdiq edilmişdir, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in müddəalarına görə İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXMnin 84.1-ci maddəsi). Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmaqla İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar