Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1627/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi Zərərçəkmiş şəxs1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Saatlı rayonu, Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X3 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmirlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:45 radələrində idarə etdiyi “Hyundai” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi massivi istiqamətindən, Buzovna qəsəbəsi “Albalılıq” yolu istiqamətində gedən iki istiqamətli, istiqamətləri qırıq-qırıq xətt ayıran yolda təxminən 40 km sürətlə hərəkət edərək həmin yolda fəaliyyət göstərən “AzBonvit” zavoduna yaxınlaşan zaman qarşıda hərəkət edən “MMZ-555 yük xüsusi təyinatlı” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü asfalt yolun üzərində olan sürət azaltma maniyəsinin üzərindən avtomobil ilə keçmək üçün avtomobilin sürətini tam azaltmış, o idarə etdiyi avtomobil ilə qarşıda hərəkət edən “Zil” markalı avtomobil ilə ara məsafəsi yaxın olduğundan idarə etdiyi avtomobilin tormozundan istifadə edə bilməyib idarə etdiyi avtomobilin qabaq tərəfi “Zil” markalı markalı avtomobilin arxa tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:45 radələrində idarə etdiyi “MMZ-555 yük xüsusi təyinatlı” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi massivi istiqamətindən, Buzovna qəsəbəsi “Albalılıq” yolu istiqamətində gedən iki istiqamətli, istiqamətləri qırıqqırıq xətt ayıran yolda hərəkət edərək, həmin yolda fəaliyyət göstərən “AzBonvit” zavoduna yaxınlaşıb, zavodun qarşısından keçən asfalt yolun üzərində olan sürət azaltma maniyəsinin üzərindən keçib getmək üçün avtomobilin sürətini saatda təxminən 10 km sürət həddinə endirib maneənin üzərindən avtomobil ilə keçən zaman arxada eyni istiqamətdə hərəkət edən “Coca-Cola” sularının daşınması ilə məşğul olan sonradan markasının “Hyundai” olduğunu bildiyi avtomobil onun idarə etdiyi avtomobilin arxa tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK1-424 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi məqsədilə qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində sürücü Şəxs idarə etdiyi “Hyundai” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən sürücü sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “MMZ-555 yük xüsusi təyinatlı” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılmışdır və hadisə zamanı sürücü Şəxs idarə etdiyi “Hyundai” markalı avtomobil ilə qarşılda hərəkət edən avtomobil ilə “Zil” markalı avtomobil ilə ara məsafəsi gözləməyərək yol nəqliyyat hadisəsi törətmişdir. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 534 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 533 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 535 nömrəli ekspert rəyindən görünür ki, Şəxs xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində sürücü Şəxs idarə etdiyi “Hyundai” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən sürücü sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “MMZ-555 yük xüsusi təyinatlı” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılmışdır və hadisə zamanı sürücü Şəxs idarə etdiyi “Hyundai” markalı avtomobil ilə qarşılda hərəkət edən avtomobil ilə “Zil” markalı avtomobil ilə ara məsafəsi gözləməyərək yol nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarətinin yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, 2 nəfər şəxsin sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bu zaman onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1627/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1627/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver