Məhkəmə qərarları › İş №3(003)-1628/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1628/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1628/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1997-ci ildə Astara rayonu Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu Kolatan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11, nömrəsiz evdə kirayədə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 13 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 13 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlib nalayiq söyüşlər söyərək səs-küy salmış, polis şöbəsinin iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 13 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 13 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə qardaşı Coşqun Məmmədov inzibati həbs olunduğuna görə əsəbləşmiş və Xəzər rayon 1-ci PŞ-nə getmişdir. Orada səs-küy salaraq söyüşlər işlətmişdir. Bundan sonra polis əməkdaşları onu şöbənin həyətindən kənara çıxarmışlar. Polis əməkdaşları qardaşını maşınla inzibati həbs olunanların saxlama yerinə apararkən maşının qarşısını kəsməyə cəhd etmiş, bundan sonra onu yenidən şöbəyə aparmışalr. Orada yenidən səs-küy salaraq söyüşlər söymüş, sonradan sakitləşmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindiilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X5 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nə gələrək nəyə görə qardaşı Coşqunun həbs olunduğunu bildirərək qışqırıb səs-küy salmış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onlara hədə-qorxu gəlmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. Daha sonra qardaşı Coşqun xidməti avtomobillə aparılarkən Şəxs avtomobilin qarşısını kəsmiş, söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları Şəxs yenidən polis şöbəsinə gətirmişlər və şöbədə o, öz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindiilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru X6, əməliyyat müvəkkili X1 Orxan Ruslan oğlunun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə qardaşı Coşqun Məmmədov inzibati həbs olunduğuna görə Xəzər rayon 1-ci PŞ-nə gələrək orada səs-küy salmış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. Daha sonra qardaşı Coşqun xidməti avtomobillə aparılarkən Şəxs avtomobilin qarşısını kəsmiş, söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları Şəxs yenidən polis şöbəsinə gətirmişlər və şöbədə o, öz əməllərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin əməkdaşları Ş.Əhmədov, N.Orucov, E.Abbasov, P.Aslanov, T.Nəsirov, G.Əhmədov, B.Babayev, O.Seydumov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlib nəyə görə qardaşı Coşqunun həbs olunduğunu bildirərək ucadan qışqırıb səs-küy salmağa başlamış, polis əməkdaşlarına hədə-qorxu gəlmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmiş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onlara hədə-qorxu gəlmişdir. Daha sonra qardaşı Coşqun xidməti avtomobillə aparılan zaman Şəxs polis əməkdaşlarına müqavimət göstərərək avtomobilin qarşısını kəsmiş, polis əməkdaşları Şəxs yenidən polis şöbəsinə gətirmişlər. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 13 oktyabr 2022-ci il saat 20:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar