Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-163/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişləri” gömrük postundan daxil olmuş 34/021/031959 saylı xx.xx.2022-ci il tarıxli raporta əsasən "Eyol” MMC poçt daşımaları şirkəti tərəfindən elektron qaydada gömrük orqanlarına bəyan edilmiş **********1, **********3 saylı aviaqaimələr ilə daxil olmuş poçt göndərişinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti zamanı Rəna İsmayılova, Şəhadət Mədətov, Günay Məmmədova, Gülsənəm Qasımova, Yusif Pənahov, Tural Şəkərov, X4 Umarova, Coşqun İbrahımova, Orxan Mehdiyev, Aydın Əhmədli, Aleksandr Qurbanov və Ağakərim Kliçev adlarına daxıl olan ümumilikdə 10 (on) ədəd poçt bağlamasının bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi eyni ünvandan göndərilməsi və digər hallar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. “Poçt Göndərişləri” gömrük postunun 34/021/031959 saylı, 12.12 2022-ci il tarixli raportuna əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı yuxarıda adları qeyd edilən şəxslərlə bağlamaların üzərində qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. Araşdırma ilə əlaqədar HNBGİ Təhqiqat söbəsinə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs izahat “verərək, Türkivə Respublikasından "xxxx" MMC poçt daşımaları şirkəti vasitəsi ilə **********1 və **********3 nömrəli qaimələr ilə Rəna İsmayılova, Şəhadət Mədətov, Günay Məmmədova, Gülsənəm Qasımova, Yusif Pənahov, Tural Şəkərov, X4 Umarova, Coşqun İbrahımova, Orxan Mehdiyev, Aydın Əhmədli, Aleksandr Qurbanov və Ağakərim Kliçev adlarına daxil olan ümumilikdə 30 (otuz) ədəd poçt bağlamasını onun sifariş verdiyini, bağlamaların bijuteriya və etiketlərindən ibarət olduğunu, məhsullara görə bank kartı vasitəsi ilə 4439,44 türk lirəsi, pul ödədiyini bildirmişdir. Beləliklə, araşdırma nəticəsində Türkiyə Respublikasından göndərilən gömrük dəyəri 4439,44 türk lirəsi pul olan bağlamaların sahibi Azərbaycan Respublikası vətəndaşı X1 fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 4439,44 türk lirəsi (xx.xx.2022-ci il tarixinə olan məzənnəvə əsasən 404 manat) təşkil etmişdir Azərbascan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və va kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi gömrük daydaları əleyhinə olan inzibati xəta hesab olunur. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X5 tərəfindən 20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu bildirdi. Əməlindən peşmandır və məhkəmədən ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 4439,44 (dörd min dörd yüz otuz doqquz, qırx dörd) türk lirəsi valyuta vəsaiti məbləğinin otuz faizi – 1331,83 (bir min üç yüz otuz bir, səksən üç) türk lirəsi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 06 yanvar 2022-ci il tarixə 1 türk lirəsi 0.0906 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 1331,83 (bir min üç yüz otuz bir, səksən üç) türk lirəsi pul vəsaiti 120,66 (bir yüz iyirmi, altmış altı) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 4439,44 (dörd min dörd yüz otuz doqquz, qırx dörd) türk lirəsi məbləğinin 30 (otuz) faizi, yəni 1331,83 (bir min üç yüz otuz bir, səksən üç) türk lirəsi olmaqla, 120,66 (bir yüz iyirmi, altmış altı) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-163/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-163/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver