Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1632/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri Xəzər rayonu Bolluq sahəsində fərdi yaşayış evində yşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X2 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında ərizə verərək xx.xx.2022-ci il tarixdə yuxudan oyanan zaman oğlu naməlum səbəbə ondan pul İstəməsini və vermədiyinə görə onu bıçaqla hədələməsini qeyd etmişdir. Faktla bağlı izahat verən X5 izahat verərək geniş formada oğlu ilə dəfələrlə aralarında mübahisələr olmasını, oğlu olduğunu görə onun barəsində heç vaxt şikayət vermədiyini, lakin sonuncu dəfə onu bıçaqla hədələdiyinə görə məcbur qalıb müraciət etdiyini qeyd etmişdir. X2 müraciəti ilə əlaqədar Polis şöbəsinə gətirilmiş Şəxs, barəsində verilmiş ərizə və izahatla tanış olaraq öz izahatında atası ilə daima aralarında mübahisələrinin olduğunu bundan əlavə borcları olduğuna görə atasından pul istədiyi və atasıda ona pul vermədiyinə görə onunla mübahisə etdiyini lakin bıçaqla hədələmədiyini qeyd etmişdir. Daxil olmuş məlumatla əlaqədar hadisə yerində olan zaman vətəndaş Şəxs hadisə yerində ünvansız nalayiq ifadələr işlətməsi aşkar edildi və nizam intizama dəvət edildi. Lakin Şəxs öz əməllərini davam etdirərək Polisin qanuni tələbinə tabe olmadı. Eyni əməllərinə davam edən S.X4 izahatı alınması üçün dəvət edən zaman eyni formada nalayiq ifadələr işlədərək Polisin hadisə yerini tərk etməsini nalayiq ifadələrlə bildirmişdir. Vətəndaşın hadisə zamanı etdiyi hərəkətlərə görə əməliyyat qrupu tərəfindən Polis Şöbəsinə məcburi qaydada gətirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 protokolda yazılanları təsdiq edərək bildirmişdir ki, daxil olmuş məlumatla əlaqədar hadisə yerində olan zaman vətəndaş Şəxs hadisə yerində ünvansız nalayiq ifadələr işlətməsi aşkar edildi və nizam intizama dəvət edildi. Lakin Şəxs öz əməllərini davam etdirərək Polisin qanuni tələbinə tabe olmadı. Eyni əməllərinə davam edən S.X4 izahatı alınması üçün dəvət edən zaman eyni formada nalayiq ifadələr işlədərək Polisin hadisə yerini tərk etməsini nalayiq ifadələrlə bildirmişdir. Vətəndaşın hadisə zamanı etdiyi hərəkətlərə görə əməliyyat qrupu tərəfindən Polis Şöbəsinə məcburi qaydada gətirilmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək o dükanda işləyir ona pul lazım olduğu üçün atasından pul istəmişdir. Atası pulu verməkdən imtina etdiyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı o nalayiq ifadələr işlətdiyini etiraf edir. Həmçinin polisin qanuni tələbinə tabe olmadığını və ona da nalayiq ifadələr işlətdiyini etiraf etdi. Törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermişdir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il saat 09:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarnda olan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində cinayət iinin başlanması rədd edilmiş və inzibati tədbir görülməsi üçün aiddiyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs eyni vaxtda törətmiş olduğu hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddənin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs inzibati xəta üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə tutulduğundan həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il saat 09:10-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1632/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1632/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver