Məhkəmə qərarları › İş №3(003)-1643/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1643/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1643/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 504-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində araşdırması aparılmış xx/xx/015197 nömrəli material üzrə 12 iyun 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. xx/xx/015197 nömrəli materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs 2 mart 2023-cü il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən “Terminal-1 X9” gömrük postunun qarşısında dayanaraq Samara-Bakı aviareysi ilə gələn ayrı-ayrı sərnişinlər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən ümumilikdə 882 (səkkiz yüz səksən iki) manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 50 qutu “X12y for lqos 3 Duos”, 30 qutu “Heets Purple VVave”, 30 qutu “X7y for lqos 3 Duos”, 10 qutu “X2y for lqos 3 Duos” və 6 qutu “Fiit for lil Solid” markalı elektron siqaretləri həmin malların gömrük qaydaları pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyini bilə-bilə əldə etdikdən sonra saxlanılaraq yüklərinə baxış keçirilmiş və baxış zamanı yuxarıda adları və sayları qeyd olunan predmetlər aşkar edilərək protokol əsasında götürülmüşdür. Bu barədə Şəxs barəsində 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxs və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, 2 mart 2028-cü il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsi əməliyyat şöbəsinin əməkdaşı tərəfindən X8 Aeroportun 1-ci Terminalında yerləşən yoxlama otağında Samara-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı Şəxs əşyalarına keçirilmiş baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 50 qutu “X12y for lqos 3 Duos”, 30 qutu “Heets Purple VVave”, 30 qutu “X7y for lqos 3 Duos”, 10 qutu “X1y for lqos 3 Duos”, 6 qutu “Fiit for lil Solid” markalı və 2 ədəd üzərində “Lil Solıd 2.0 lqos” markalanma göstəricisi olan tütün qızdırıcı olmaqla ümumi dəyəri 952 manat təşkil edən cəmi 126 qutu tütün məmulatları aşkar edilərək protokol əsasında götürülmüşdür. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli 7/339 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 20 qutu “X10y for lqos 3 Duos” markalı tütün məmulatlarının (elektron siqaretlər) istifadə müddəti bitdiyi üçün tərkibi standartların tələblərinə uyğun olmayıb yararsızdırlar. Digər tütün məmulatları isə tərkib keyfiyyəti standartlarına uyğun olub istifadəyə yararlıdırlar. Həmçinin sözügedən ekspert rəyində qeyd olunur ki, 3 qutu “X12y for lqos 3 Duos”, 2 qutu “Heets Purple VVave”, 2 qutu “X7y for lqos 3 Duos”, 1 qutu “Heets Turquorse Бејесһоп only for lqos 3 Duos” və 1 qutu “Fiit for lil Solid” markalı siqaretlər ekspertiza tədqiqatına sərf edilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli 9/1670 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 əddə elektron müşdüqlər üçün nəzərdə tutulmuş siqaretlərin və tütün qızdırıcının ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 952 manat müəyyən edilir. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 20 qutu “X10y for lqos 3 Duos” markalı siqaretlərin istifadə müddəti bitdiyi üçün qiymətləndirilmir. Materiala əlavə edilmiş 12 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 47 qutu “X12y for lqos 3 Duos”, 28 qutu “Heets Purple VVave”, 28 qutu “X7y for lqos 3 Duos”, 9 qutu “X2y for lqos 3 Duos” və 5 qutu “Fiit for lil Solıd” markalı tütün məmulatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi”ndə saxlanılır. Materiala əlavə edilmiş 12 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda vətəndaş Şəxs götürülmüş və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi”ndə saxlanılan aparılmış tədqiqatdan sonra qalıq qalmış 19 qutu “X10y for lqos 3 Duos” markalı siqaretlərin ekspert rəyi ilə yararsız olduğu müəyyən edildiyindən qanunla müəyyən edilmiş qaydada məhv edilməli, 2 ədəd üzərində “Lil Solıd 2.0 lqos” markalanma göstəricisi olan tütün qızdırıcısının isə aksizli malların siyahısına daxil olmadığı və araşdırma zamanı şəxsi istifadə üçün gətirilməsi müəyyən edildiyi üçün Şəxs geri qaytarılmalı olduğu qeyd olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş ümumilikdə 882 (səkkiz yüz səksən iki) manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 50 qutu “X12y for lqos 3 Duos", 30 qutu "Heets Purple VVave", 30 qutu “X7y for lqos 3 Duos”, 10 qutu "X3y for соз 3 Duos” və 6 qutu “Fiit for lil solid" markalı elektron siqaretləri həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirildiyini bilə-bilə əldə etmiş və saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 manat dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş ümumilikdə 882 (səkkiz yüz səksən iki) manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 50 qutu “X12y for lqos 3 Duos", 30 qutu "Heets Purple VVave", 30 qutu “X7y for lqos 3 Duos”, 10 qutu "X3y for соз 3 Duos” və 6 qutu “Fiit for lil solid" markalı elektron siqaretləri müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat dövlət hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar