Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1645/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Şəxs məxsus mallar saxlanılmışdır. Bu mallar “Pandora” qutularından ibarətdir. Halbuki, həmin qutular, rəsmi “Pandora” brendinin özünə aid olan zərgərlik məmulatının satışı həyata keçirilən qutulardan ibarətdir. Əvvəl qutuların saxlanılmasında səbəb, bəyannamədə göstərilən saya uyğun olmaması olmuşdur. Daha sonra “Pandora” brendinin Azərbaycan Respublikasında rəsmi françayzinq və ekslkyuziv distributoru olan "xxxx" MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məktubla müraciət olunmuşdur ki, “Pandora” qutularının saxta idxalı ilə bağlı onlara ziyan dəymişdir. Ona görə də iş üzrə araşdırma aparılmış və ekspertiza təyin edilmişdir. Sonda Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyinə əsasən gətirilən qutuların orijinal olmaması müəyyyən edilmiş və nəticədə Şəxs barəsində protokol tərtib edilmişdir. Həmçinin bildirdi ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta gömrük qaydaları əleyhinə olan xətadan ibarət deyil. Hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati tənbeh vermə müddəti keçməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, Şəxs, ona istinad olunan xətanın törədilməsini etiraf edir. Onun tərəfindən yalnız “Pandora” brendinə məxsus saxta qutular idxal edilmiş, həmin brendin hər hansı bir mülkiyyəti saxtalaşdırılmamışdır. Hazırda hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00546/24 nömrəli protokoldan görünür ki, 05 mart 2024-cü İl tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Çin Xalq Respublikasından hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, AZ 4400, Masallı rayonu, Tüklə kəndi ünvanında qeydiyyatda olan Şəxs ünvanına daxil olmuş və **********0043 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı təqdim olunan yükə dair sənədlər, o cümlədən **********0043 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı **********0043 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların miqdarı ilə faktiki malların miqdarında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, eyniləşdirmə zamanı bəyannamənin 31-ci qrafasında bəyan olunan malların miqdarı 1643 ədəd biyuteriya qablaşdırılmasında istifadə olunan karton qutular, 420 ədəd və 278 ədəd (box and bag) bijuteriya qablaşdırılmasında istifadə olunan paketlər olaraq göstərilmişdir. Lakin fiziki baxış zamanı malların faktiki olaraq üzərində “PANDORA” yazısı olan 3010 ədəd 5х4 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutular, üzərində “PANDORA” yazısı olan 2236 ədəd 9x9 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutular və üzərində “PANDORA” yazısı olan 2230 ədəd 16x16 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan paketlərdən ibarət olduğu müəyyən edilmişdir. “Pandora” brendinin Azərbaycan Respublikasında rəsmi françayzinq və ekslkyuziv distributoru olan "xxxx" MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilən və xx.xx.2024-cü il tarixdə qeydə alınan 3-33-3100/00/1-007034/2024 nömrəli məktubda fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən ölkəyə külli miqdarda “Pandora” brendi altında orijinal olmayan (kopyalanmış) mallar və qablaşdırma məhsullarının idxal edilərək ölkə ərazisində satıldığı, nəticədə isə "xxxx" MMC-nin fəaliyyətinə ciddi zərər dəydiyi bildirilmiş və belə halların qarşısının alınması, habelə təkrarlanmaması üçün köməklik göstərilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilən məktuba qoşma olaraq əlavə edilən sənədlər baxış keçirilməklə araşdırma materialına əlavə olunmuşdur. Belə ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2006-cı il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydə alınan və hüquqi ünvanı ünvan 2ə hüquqi ünvanı Polşa Respublikası, Varşava şəhəri, X3 küçəsi 45 B olan “Pandora Јеwelry CE Sp. z o.o.” arasında xx.xx.2019-cu il tarixdə imzalanan müqaviləyə əsasən "xxxx" MMC “Pandora” brendinin Azərbaycan Respublikasında rəsmi françayzinqidir. 05 mart 2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Çin Xalq Respublikasından hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, AZ 4400, Masallı rayonu, Tüklə kəndi ünvanında qeydiyyatda olan Şəxs ünvanına daxil olmuş və **********0043 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin arasından 2 ədəd üzərində “Pandora” yazısı olan, 5x4 ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutu, 2 ədəd üzərində “Pandora” yazısı olan, 9x9 ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutu, 2 ədəd üzərində “Pandora” yazısı olan, 16x16 ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan paket nümunə olaraq götürülmüş və 1 ədəd sarı rəngli kağız materialından olan xüsusi qablaşdırma vasitəsində qablaşdırılaraq kompleks məhkəmə-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 3-33-3100/2- 001482/2024 nömrəli məktubla AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli 3-33-3100/2-001709/2024-cü il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunmuş və ekspertiza tədqiqatına təqdim edilən predmetlərin müqayisəli olaraq təhlil olunması məqsədilə sözügedən məktubda göstərilən predmetlərin hər birindən 2 ədəd olmaqla nümunələrin və bu predmetlərin orijinallığı üçün tələb olunan xüsusiyyətlər barədə mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMCnin xx.xx.2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınan 3- 33-3100/1-010247/2024 nömrəli məktubuna əsasən müqayisəli ekspertiza tədqiqatının həyata keçirilməsi üçün tələb olunan nümunələr təqdim olunmuşdur. xx.xx.2024cü il tarixli, 3-33-3100/2-001833/2024 nömrəli məktubla sözügedən nümunələr AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınan 5/458-9/2944 nömrəli eskpert rəyinə əsasən təqdim edilmiş, üzərində “Pandora” yazısı olan qutuların və paketlərin nümunələrlə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Pandora” brendinə məxsus, lakin saxta olan qutuları Azərbaycan Respublikasına idxal etmişdir. Bu hal məhkəmə iclasında verdikləri tərəflərin izahatları, həmçinin iş materialları təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Lakin məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan inzibati xətalar aid olduğundan məhkəmə hesab edir ki, hazırki iş üzrə bu müddət ötürülmüşdür. Belə ki, işin hallarından görünür ki, Şəxs, “Pandora” brendinə məxsus, lakin saxta olan qutuları Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixdə idxal etmişdir. Yəni onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Həmin tarixdən isə inzibati tənbehin tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dörd ay müddət keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənlərdən başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Şəxs tərəfindən idxal olunan mallar orijinal olmadığından, yəni saxta mallar olduğundan, qanunvericlikdə bu kimi malların idxal edən şəxsə qaytarılması nəzərdə tutulmadığından, həmçinin inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinməsinə baxmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin sanskiyasında imperativ qaydada saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə cərimə tənbeh tətbirinin tətbiq edilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırki qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut olan üzərində “PANDORA” yazısı olan 3010 ədəd, 5х4 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutular, üzərində “PANDORA” yazısı olan 2236 ədəd, 9x9 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutular və üzərində “PANDORA” yazısı olan 2230 ədəd, 16x16 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan və orijinal olmayan paketlər dövlət nəfinə müsadirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Maddi sübut olan üzərində “PANDORA” yazısı olan 3010 ədəd, 5х4 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutular, üzərində “PANDORA” yazısı olan 2236 ədəd, 9x9 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan karton qutular və üzərində “PANDORA” yazısı olan 2230 ədəd, 16x16 sm ölçülü bijuteriya qablaşdırılmasında istifadə olunan paketlər dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1645/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1645/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver