Məhkəmə qərarları › İş №3(003)-1646/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1646/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1646/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə Şəxs xx.xx.1997-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Leril rayonunun Aran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17.27-də Zərərçəkmiş şəxs AR DİN-nin “102” xidmətinə zəng edərək Binə qəsəbəsində “VAZ-2109” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Nissan” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşası və sürücünün xəsarət alması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şəxs idarə etdiyi "Nissan" markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən qarşı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdyi “VAZ-2109” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur.. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Ruhan Adilbəyli tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X5 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X2 tərəfindən 20 iyun 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İşə məhkəmə iclasına gəlməyən Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, o, "Nissan" markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarbna əsasında idarə edir, "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, Binə sovxozdan Binə mərkəzi istiqamətində 50-60 km/saat sürətlə hərəkət edirmiş. Daş bazarının yanına çatan zaman qarşısında onun eyni istiqamətdə hərəkətdə olan avtomobilin 5-10 metr məsafədə sola doğru manevr etdiyini görmüşdür. Həmin vaxt sol zolaqla hərəkət edirmiş və dərhal əyləci basmış, lakin avtomobil daynmamış və həmin avtomobilin sol yan hissəsindən vurmuş, idarə etdiyi avtomobil qarşı zolağa çıxaraq dayanmışdır. Hadisədən sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerinin müayınəsi və müvafiq sənədləşmə işləri aparılmışdır. Baş vermiş hadisədən peşmandır, dəymiş ziyanı onun sığortası ödəmişdir. Zərərçəkmiş şəxsİə barışmışdır və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, "VAZ-2109" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, Binə sovxozdan Binə mərkəzi istiqamətində 20-30 km/saat sürətlə hərəkət edirmiş. Daş bazarının yanına çatan zaman avtomobilini sola doğru manevr etdirib geriyə dönmək üçün sükanı sola doğru çevirmişdir. Avtomobil sola doğru dönmüş, elə həmin vaxt onunla eyni istiqamətdə hərəkət edən avtomobil arxadan gələrək ona məxsus avtomobilin sol yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində o, yüngül xəsarət almış, lakin xəstəxanaya getməmişdir. Dəymiş ziyanın əvəzi olaraq sığorta tərəfindən avtomaşına görə ona 1800 manat, onun özünə isə 750 manat ödənilmişdir. Ona dəymiş ziyan tamamilə ödənildiyinə görə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və Şəxs yüngül inzibati tənbeh verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarından görünür ki, "VAZ-2109" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almasına dair məhkəmə tibbi ekspertizası təyin edilmiş və rǝyǝ əsasən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs xəsarətləri xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənildiyinə görə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, bunun nəzərə alınaraq Şəxs yüngül inzibati tənbeh verilməsini xahiş edir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, İİ qrup əlil olması, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı tamamilə öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı tamamilə öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar