Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1646/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 05 mart 2024-cü il tarixdə X3 Gömrük İdarəsində Çin Xalq Respublikasından hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, **********2 eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, AZ 1142, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına daxil olmuş və **********4818 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı təqdim olunan yükə dair sənədlər, o cümlədən **********4818 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı **********4818 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların miqdarı ilə faktiki malların miqdarında uyğunsuzluq müəyyən edildi. Belə ki, eyniləşdirmə zamanı bəyannamənin 31-ci qrafasında bəyan olunan malların miqdarı 300 ədəd gümüş zərgərlik məmulatları üçün saxlama qutusu və 300 ədəd gümüş zərgərlik məmulatları üçün paketlər olaraq göstərilmişdir. Lakin fiziki baxış zamanı malların faktiki olaraq üzərində “PANDORA” yazısı olan 300 ədəd 5x5 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu, üzərində “PANDORA” yazısı olan 400 ədəd 9x9 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu və üzərində “PANDORA” yazısı olan 800 ədəd 15x13 sm gümüş zərgərlik məmulatları üçün paket, üzərində “PANDORA” yazısı olan hər birində 18 ədəd etiket olan 13 list etiket, üzərində “PANDORA” yazısı olan 800 ədəd satış kartı və üzərində “PANDORA” yazısı olan 400 ədəd zərfdən ibarət olduğu müəyyən edilmişdir. “Pandora” brendinin Azərbaycan Respublikasında rəsmi françayzinq və ekslkvuziv distributoru olan "xxxx" MMC tərəfindən X3 Gömrük İdarəsinə göndərilən və xx.xx.2024-cü il tarixdə qaydə alınan 3-33-3100/00/1-007034/2024 nömrəli məktubda fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən ölkəyə külli miqdarda “Pandora” brendi altında orijinal olmayan (kopyalanmıs) mallar və qablaşdırma məhsullarının idxal edilərək ölkə ərazisində satıldığı, nəticədə isə “Levata Group" MMC-nin fəaliyyətinə ciddi zərər dəydiyi bildirilmiş və belə halların qarşısının alınması, habelə təkrarlanmaması üçün köməklik göstərilməsi xahiş olunmuşdur."xxxx" MMC tərəfindən təqdim edilən məktuba qoşma olaraq əlavə edilən sənədlər tərəfimdən baxış keçirilməklə araşdırma materialına əlavə olunmuşdur. Belə ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Bas İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2006-cı il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydə alınan və hüquqi ünvanı ünvan 2ə hüquqi ünvanı Polşa Respublikası, Varşava səhəri, X2 küçəsi 45 B olan “Pandora Jewelry CE Sp. z o.o.” arasında 01.01,2019-cu il tarixdə imzalanan müqaviləyə əsasən "xxxx" MMC “Pandora” brendinin Azərbaycan Respublikasında rəsmi françayzinqidir. 05 mart 2024-cü il tarixdə X3 Gömrük İdarəsində Çin Xalq Respublikasından hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, **********2 eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, AZ 1142, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs ünvanına daxil olmuş və **********4818 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin arasından 2 ədəd 5x5 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu, üzərində “PANDORA” yazısı olan 2 ədəd 9x9 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu və üzərində “PANDORA” yazısı olan 2 ədəd 15x13 sm gümüş zərgərlik məmulatları üçün paket, üzərində “PANDORA” yazısı olan hər birində 18 ədəd etiket olan 2 list etiket, üzərində “PANDORA” yazısı olan 2 ədəd satış kartı və üzərində “PANDORA” yazısı olan 2 ədəd zərf nümunə olaraq protokol əsasında götürülmüş və 1 ədəd sarı rəngli kağız materialından olan xüsusi qablaşdırma vasitəsində qablasdırılaraq kompleks məhkəmə-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-001481/2024 nömrəli məktubla AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur.26.04,2024-cü il tarixli 3-33-3100/2- 001709/2024-cü il tarixli məktubla tərəfimizdən "xxxx" MMC-yə müraciət olunmuş və ekspertiza tədqiqatına təqdim edilən predmetlərin müqayisəli olaraq təhlil olunması məqsədilə sözügedən məktubda göstərilən predmetlərin hər birindən 2 ədəd olmaqla nümunələrin və bu predmetlərin orijinallığı üçün tələb olunan xüsusiyyətlər barədə mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə X3 Gömrük İdarəsində qeydə alınan 3-33-3100/1-010247/2024 nömrəli məktubuna əsasən müqayisəli ekspertiza?tədqiqatınm həyata keçirilməsi üçün tələb olunan nümunələr təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-001833/2024 nömrəli məktubla sözügedən nümunələr AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 5/458- 9/2944 nömrəli eskpert rəyinə əsasən təqdim edilmiş, üzərində “Pandora” yazısı olan qutuların və paketlərin nümunələrlə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyqun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üc yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Belə ki, İXM-in 448-ci maddəsinin dispozisiyasına əsasən saxta və va dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yəni qanunverici qeyd edilən əmələ görə inzibati məsuliyyət müəyyən etmiş və burada hər hansı bir istisna hal müəyyən etməmişdir. İXM-in 448-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün sözügedən malların kommersiya və qeyri-kommersiya məqsədilə idxal edilməsinin heç bir fərqi yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı dedikdə gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi başa düşülür. İXM-in 448-ci maddəsi də saxta və va dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun istinad edilən inzibati xətanı tötərməsini etiraf edərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilməsinə baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılsını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, **********2 eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, AZ 1142, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına daxil olmuş və **********4818 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı təqdim olunan yükə dair sənədlər, o cümlədən **********4818 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı **********4818 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların miqdarı ilə faktiki malların miqdarında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, eyniləşdirmə zamanı bəyannamənin 31-ci qrafasında bəyan olunan malların miqdarı 300 ədəd gümüş zərgərlik məmulatları üçün saxlama qutusu və 300 ədəd gümüş zərgərlik məmulatları üçün paketlər olaraq göstərilmişdir. Lakin fiziki baxış zamanı malların faktiki olaraq üzərində “PANDORA” yazısı olan 300 ədəd 5x5 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu, üzərində “PANDORA” yazısı olan 400 ədəd 9x9 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu və üzərində “PANDORA” yazısı olan 800 ədəd 15x13 sm gümüş zərgərlik məmulatları üçün paket, üzərində “PANDORA” yazısı olan hər birində 18 ədəd etiket olan 13 list etiket, üzərində “PANDORA” yazısı olan 800 ədəd satış kartı və üzərində “PANDORA” yazısı olan 400 ədəd zərfdən ibarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Pandora” yazısı olan qutuların və paketlərin nümunələrlə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Zərfin nümunəsi təqdim olunmadığı üçün onun müqayisəli tədqiqatı aparılmamışdır. Həmin qutu, paket, etiket və zərfdə olan əmtəə nişanı 1519255-PANDORA və 1605865-PANDORA nömrəli beynəlxalq qeydiyyatda olan “Pandora” əmtəə niçanı ilə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Pandora” markalanma göstəriciləri olan karton qutular və paketlər satış üçün nəzərdə tutulmadığından onlar üzrə qiymətləndirmə aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan mallar ölkə ərazsinə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından göründüyü kimi Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxsdir. Bu səbəbdən o, qanunvericiliyə əsasən vəzifəli şəxs hesab edilməli və vəzfəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXMnin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə minimum həddə inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 17 iyun 1994-cü il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan üzərində “PANDORA” yazısı olan 300 ədəd 5x5 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu, üzərində “PANDORA” yazısı olan 400 ədəd 9x9 sm ölçülü gümüş zərgərlik məmulatları üçün saxlama qutusu, üzərində “PANDORA” yazısı olan 800 ədəd 15x13 sm gümüş zərgərlik məmulatları üçün paket, üzərində “PANDORA” yazısı olan hər birində 18 ədəd etiket olan 13 list etiket, üzərində “PANDORA” yazısı olan 800 ədəd satış kartı və üzərində “PANDORA” yazısı olan 400 ədəd zərf müsadirə edilməklə 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1646/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1646/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver