Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1647/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503 və 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 503 və 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X10 izahatında bildirdi ki, Şəxs tərəfindən Dubay şəhərində alınmış 12 ədəd mobil telefon ayrı-ayrı şəxslərə paylanmış və X16 Hava Limanının ərazisində həmin şəxslərdən toplandığı zaman əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Daha sonra həmin telefonlara baxış keçirilmiş və dəyərlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, onun tərəfindən satış məqsədi ilə gətirilmiş 12 ədəd mobil telefon 2 ədədi bəyan edilməmişdir. Şəxs, gömrük əməkdaşlarının izahatları alınmışdır. Şəxs izahatında könüllü olaraq etiraf edərək gətirilmiş mobil telefonların ona aid olduğunu bildirmişdir. Həmçinin həmin telefonları gətirən şəxslərin ziyarətdən gəldiklərini və onların narahat edilməməsini bildirərək, həmin şəxslərin izahatlarının alınmamasını xahiş etdiyindən, telefonları gətirmiş şəxslər əməliyyat qrupu tərəfindən geri qaytarılaraq izahatları alınmamışdır. Hazırda Şəxs barəsində tənbeh tədbirin tədbiq edilməsi və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, telefonları gətirən şəxslərdən almışdır. Belə ki, həmin şəxslərə bildirmişdir ki, telefonları yalnız gömrük orqanından keçirildikdən sonra alacaqdır. Həmin şəxslər gömrük orqanından telefonları keçirdikdən sonra onlardan almışdır. Həmin şəxslər zəvvarlar olmuşlar və 1-2-ni tanımışdır. Tanıdığı şəxslərə bildirmişdir ki, özləri telefon alıb gətirsələr həmin telefonları onlardan alacaqdır. Onlar digər şəxslərlə birlikdə gəldiklərindən, başqa şəxslərində bu barədə məlumatı olmuşdur. O da, təyyarədə olan zaman bilmişdir ki, onun tanışlarından başqa digər şəxslər də telefon gətirirlər. Telefonları almaqda məqsədi sonradan satmaq olmuşdur. İnzibati araşdırma zamanı isə gecə vaxtı olduğundan, stres keçirdiyindən və telefon gətirən şəxsləri narahat etmək istəmədiyindən protokolda qeyd edildiyi ifadəni vermişdir. 10 ədəd mobil telefon faktiki olaraq bəyan edilmiş, 2 ədəd mobil telefon isə bəyan edilməmişdir. Hazırda telefonların müsadirə edilməməsini və barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməli, o, həmin Məcəllənin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00566/24 nömrəli protokoldan görünür ki, 11 aprel 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən 11 aprel 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən 11 aprel 2024-cü il tarixdə saat 22:25 radələrində (21092 saylı Jeddah – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (pasport: C********) X16 X22 1 inzibati binasının qarşısında olan avtomobil dayanacağında ayrı-ayrı şəxslərdən mobil telefonlar yığarkən əməliyyat qrupunun üzvləri yaxınlaşaraq özlərini təqdim etmiş, Şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş, Şəxs məxsus qara rəngli əl çantasına baxış zamanı çantadan üzərində **********42275 və **********32955, **********93043 və **********24905, **********62923 və **********5272, **********82400 və **********10654, **********27076 və **********99973, **********21668 və **********49299 İMEİ kodlara malik 6 ədəd “İpone 15 Pro 128 GB” markalı, **********96498 və **********11646, **********18624 və **********47484 İMEl kodnlara malik 2 ədəd “İpone 15 Pro 256 GB” markalı, **********03927 və **********37897 İMEİ kodlara malik 1 ədəd “İpone 14 128 GB” markalı, **********62025 və **********62027, **********45798 və **********45790, **********52596 və **********52598 İMEl kodlara malik 3 ədəd “Samsung Galaxy S23 Ultra 256 GB” markalı mobil telefonlar olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Qeyri-rəsmi xidmətçiliklə məşğul olur, tanış telefon və aksesuar dükanlarının sifarişi ilə aksesuar və telefon gətirərək satır və dolanışığını təmin edir. xx.xx.2024-cü il tarixdə telefon və aksesuar alıb, Bakı şəhərində satmaq üçün X7 Dubay şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə Dubay şəhərindən 6 ədəd “İpone 15 Pro 128 GB” markalı, 2 ədəd “İpone 15 Pro 256 GB” markalı, 1 ədəd “İpone 14 128 GB” markalı və 3 ədəd “Samsung Galaxy S23 Ultra 256 GB” markalı mobil telefon alaraq oradan xx.xx.2024-cü il tarixdə təyyarə vasitəsi ilə tranzit olaraq Ciddə şəhərinə, oradanda Bakı şəhərinə gəlmişdir. Ciddə şəhərində təyyarəyə minməmişdən qabaq orada tanış olduğu Azərbaycan vətəndaşı olan 12 nəfər şəxsdən onun aldığı və ona məxsus 12 ədəd mobil telefonu Bakı şəhərində bəyan etmələrini xahiş etmişdir. Onlar da xahişini qəbul edərək 12 ədəd mobil telefonu ondan götürmüşər. Hər biri ilə ayrı-ayrılıqda danışığına əsasən Hava Limanından çıxan zaman mobil telefonları götürməli olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı Beynəlxalq X22 1-in qarşısında həmin şəxsləri gözləmiş və ona məxsus 12 ədəd həmin şəxslər tərəfindən bəyan edilən mobil telefonu onlardan bəyannamələri ilə birgə təhvil almışdır. 2 ədəd bəyannaməni tələsik olduğundan götürmək yadından çıxmışdır. Gələcəkdə həmin 2 ədəd bəyannaməni də araşdırmaya təqdim edəcəkdir. Telefonları təhvil aldıqdan sonra 2 nəfər gömrük əməkdaşı yaxınlaşaraq özlərin təqdim etmişlər və onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı ona məxsus qara rəngli əl çantasının içərisindən üzərində **********42275 və **********32955, **********93043 və **********24905, **********62923 və **********5272, **********82400 və **********10654, **********27076 və **********99973, İl **********8 və **********49299 İMEl kodlara malik 6 ədəd “İpone 15 Pro 128 GB” markalı, **********96498 və **********11646, **********18624 və **********47484 İMEİ kodlara malik 2 ədəd “İpone 15 Pro 256 GB” markalı, **********03927 və **********37897 İMEl kodlara malik 1 ədəd "İpone 14 128 GB” markalı, **********62025 və **********62027, **********45798 və **********45790, **********52596 və **********52598 İMEİ kodlara malik 3 ədəd “Samsung Galaxy S23 Ultra 256 GB” markalı mobil telefonlar olduğu müəyyən edilmişdir. Yoxlama başa çatdıqdan sonra müvafiq yoxlama və götürmə protokolu tərtib edilmiş, onun təqdim etdiyi 10 vərəq bəyannaməyə dair sənədlər, aşkar edilən predmetlərin foto şəkilləri “Samsung Galaxy S8” markalı mobil telefon vasitəsi ilə çəkilərək protokola əlavə edilmiş və xüsusi qablaşdırma vasitəsində möhürlənərək götürülmüşdür. 12 ədəd mobil telefonu həmin şəxslər tərəfindən bəyan etdirməkdə məqsədi gömrük orqanı tərəfindən onun tərəfindən bəyan edilməni qəbul etməyəcəklərini bildiyi üçün olmuşdur. Yalnız mobil telefonları bu şəkildə keçirə bilərmiş və gömrük mobil telefonları saxlamayacaqmış. Mobil telefonlar ona məxsusdur, həmin şəxslər onun xahişi ilə ona kömək göstərmək niyyəti ilə gətirərək gömrük orqanında bəyan etmişlər. Bu səbəbdən də səmimiyyətini nəzərə alıb həmin şəxsləri izahat verməyə çağrılmamasını xahiş etmişdir. Həmin 12 ədəd mobil telefonu satmaq məqsədi ilə gətirmişdir, lakin harada satacağını qərarlaşdırmamışdır. Araşdırma zamanı X13 izahatında bildirmişdir ki, 2016-cı il tarixdən gömrük orqanlarında xidmət edir. X12 Baş Gömrük İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat Şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş müxtəlif malların Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının ərazisində toplanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı 11 aprel 2024-cü il tarixdə o və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili gömrük xidməti X3 ibarət əməliyyat qrupu yaradılmış, 11 fevral 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən 11 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı Şəxs X16 X22 1 inzibati binasının qarşısında olan avtomobil dayanacağında ayrı-ayrı şəxslərdən mobil telefonlar yığarkən saxlanılmışdır. Şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş, Şəxs məxsus qara rəngli əl çantasına baxış zamanı çantadan üzərində **********42275 və **********32955, **********93043 və **********24905, **********62923 və **********5272, **********82400 və **********10654, **********27076 və **********99973, **********21668 və **********49299 İMEİ kodlara malik 6 ədəd “İpone 15 Pro 128 GB” markalı, **********96498 və **********11646, **********18624 və **********47484 İMEl kodlara malik 2 ədəd “İpone 15 Pro 256 GB” markalı, **********03927 və **********37897 İMEİ kodlara malik 1 ədəd “İpone 14 128 GB” markalı, **********62025 və **********62027, **********45798 və **********45790, **********52596 və **********52598 İMEİ kodlara malik 3 ədəd “Samsung Galaxy S23 Ultra 256 GB” markalı mobil telefonlar olduğu müəyyən edilmişdir. Yoxlama başa çatdıqdan sonra müvafiq yoxlama və götürmə protokolu tərtib edilmiş, Şəxs təqdim etdiyi bəyannaməyə dair sənədlər 10 vərəq, aşkar edilən predmetlərin foto şəkilləri “Samsung Galxy S8” markalı mobil telefon vasitəsi ilə çəkilərək hazırki protokola əlavə edilmiş və xüsusi qablaşdırma vasitəsində möhürlənərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Şəxs bildirmişdir ki, bütün mobil telefonlar ona məxsusdur, həmin 12 ədəd mobil telefonu X7 Dubay şəhərindən satış məqsədi ilə almış, Ciddə şəhərində hava limanın tranzit zonasında ziyarətdən gələn şəxslərdən həmin mobil telefonları Bakı şəhərində hava limanında gömrükdə bəyan etməyi xahiş etmişdir və sonradan mobil telefonları X16 Hava Limanının dayanacağında həmin şəxslərdən götürdüyünü, telefonların həmin şəxslərə deyil özünə məxsus olduğunu bildirmişdir. X8 izahatında qeyd etdiyi xüsusatları Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin pöyük əməliyyat müvəkkili X6, X11, X17 da öz izahatlarında təsdiq etmişlər. Material üzrə 15 aprel 2024-cü il tarixdə “kompleks məhkəmə kompüter-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 20 may 2024-cü il tarixli 5/490-9/3176 nömrəli ekspert rəyinə əsasən: Ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların xx.xx.2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 23200 manat müəyyən edilir. Həmin mobil telefonların ayrı-ayrılıqda adları və qiymətləri cədvəldə göstərilmişdir. xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2024cü il tarixdə Şəxs tərəfindən Dubay şəhərindən alınmış satış məqsədli mobil telefonlardan **********96498 və **********11646 İMEİ kodlu 1 ədəd “İpone 15 Pro 256 GB” markalı və **********62025 və **********62027 İMEİ kodlu 1 ədəd “Samsung Galaxy 523 Ultra 256 GB” markalı mobil telefonlar bəyan edilməmiş, digər mobil telefonlar ayrı-ayrı şəxslərin adlarına bəyan edilmişdir. - Şahid1 tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, o həmin ərizədə bildirmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə çağrılmağının səbəbini əlaqə saxlayaraq öyrənmişdir. Həmin xüsusatla əlaqədar bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə Ümrə ziyarəti üçün X9 şəhərinə getmişdir. 11 aprel 2024-cü il tarixdə J21092 saylı Јеddаһ – Bakı aviareysi ilə gələn zaman təyarəyə minik başlamamışdan qabaq onunla eyni reyslə gələn Şəxs adlı şəxs ona və onun kimi təxmini 10 nəfər şəxsə mobil telefon verərək X15 Aeroportunda bəyan edərək özünə qaytarmağı xahiş etmişdir. Şəxs xahişini qəbul edərək ona verdiyi mobil telefonu X1 gömrük nəzarət zonasında yerləşən gömrük əməkdaşına yaxınlaşaraq bəyan etmiş və Hava Limanından çıxaraq Şəxs təhvil vermişdir. Səhəti ilə əlaqədar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gələ bilmədiyi üçün ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. - Şahid2 tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, o həmin ərizədə bildirmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə çağrılmağının səbəbini əlaqə saxlayaraq öyrənmişdir. Həmin xüsusatla əlaqədar bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə Ümrə ziyarəti üçün X9 şəhərinə getmişdir. 11 aprel 2024-cü il tarixdə Ј21092 saylı Jeddah -Bakı aviareysi ilə gələn zaman təyyarəyə minik başlamamışdan qabaq onunla eyni reyslə gələn Şəxs adlı şəxs ona və onun kimi təxmini 10 nəfər şəxsə mobil telefon verərək X16 Aeroportunda bəyan edərək özünə qaytarmağı xahiş etmişdir. Şəxs xahişini qəbul edərək ona verdiyi mobil telefonu X1 gömrük nəzarət zonasında yerləşən gömrük əməkdaşına yaxınlaşaraq bəyan etmiş və Hava Limanından çıxaraq Şəxs təhvil vermişdir. Səhhəti ilə əlaqədar Науа Nəqliyyatında Baş Gömrük İdarəsinə gələ bilmədiyi üçün ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” İşin araşdırılmış hallarından görünür ki, Şəxs tərəfindən 12 ədəd mobil telefon Jeddah-Bakı aviareysi ilə gələn hər birinə bir ədəd olmaqla ayrı-ayrı şəxslərə verilmiş, həmin şəxslər Heydər Əliyev adına Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçdikdən sonra hava limanın ərazisində telefonları ona geri qaytarmışlar. Şəxs məhkəmə iclasında verdiyi izahatındanda görünür ki, o həmin telefonları satış məqsədilə əldə etmişdir. Bununla da müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən 12 ədəd mobil telefon satış məqsədilə əldə edilməklə ayrıayrı şəxslər vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilmişdir. Eyni zamanda məhkəmə, Şəxs məhkəmə iclasında mobil telefonları şəxslərdən satın alması barədə verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, onun məhkəmə iclasında verdiyi izahatı tərəfindən törədilmiş inzibati xətaya görə məsuliyyətdən yayınması məqsədi daşıyır. Belə ki, onun tərəfindən inzibati araşdırma zamanı verilmiş izahatdan və inzibati materialda olan digər sənədlərdən görünür ki, ayrı-ayrı şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilmiş 12 ədəd mobil telefon Şəxs özü tərəfindən əldə edilmiş və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün Jeddah-Bakı aviareysi ilə gələn şəxslərə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin dispozisiyasına əsasən kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi həmin maddənin tərkibini yaradır. İşin müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin dispozisiyasına əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi həmin maddənin tərkibini yaradır. Şəxs əməlində isə qeyd olunan maddənin tərkib əlamətləri mövcud deyil. Belə ki, onun tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların, bilə-bilə həmin malların əldə edilməsi, daşınması, saxlanılması, istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi kimi hərəkətlər edilməmişdir. Azərbaycan Respublikasına gətirilmiş mallar (mobil telefonlar) onun özünə məxsus olmuş və o, həmin malların kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına gətirilməsinin gizləndilməsi məqsədilə ayrı-ayrı şəxslərə paylamış, gətirildikdən sonra həmin şəxslərdən geri almışdır. 2 ədəd mobil telefonun bəyan edilməməsi isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmır. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (23200 manatın) otuz faizi məbləğində, yəni 6960 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi götürülmüş və qaytarılması barədə hər hansı bir sənəd iş materiallarında mövcud olmayan əşyalar, yəni 6 ədəd “İphone 15 Pro 128GB” markalı, “A3104” modelli, 2 ədəd “İphone 15 Pro 256GB” markalı, “A3101” modelli, 3 ədəd “Samsung S23 Ultra” markalı, “SM-S918B/DS” modelli, 256 GB yaddaş tutumlu, 1 ədəd “İphone 14 128GB” markalı, “A2882” modelli mobil telefonlar hazırki qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılmalıdır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 6960 manat məbləğində inzibati cərimə edilməli, 6 ədəd “İphone 15 Pro 128GB” markalı, “A3104” modelli, 2 ədəd “İphone 15 Pro 256GB” markalı, “A3101” modelli, 3 ədəd “Samsung S23 Ultra” markalı, “SM-S918B/DS” modelli, 256 GB yaddaş tutumlu, 1 ədəd “İphone 14 128GB” markalı, “A2882” modelli mobil telefonlar sahibi Şəxs qaytarılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 6960 manat məbləğində inzibati cərimə edilsin. 6 ədəd “İphone 15 Pro 128GB” markalı, “A3104” modelli, 2 ədəd “İphone 15 Pro 256GB” markalı, “A3101” modelli, 3 ədəd “Samsung S23 Ultra” markalı, “SM-S918B/DS” modelli, 256 GB yaddaş tutumlu, 1 ədəd “İphone 14 128GB” markalı, “A2882” modelli mobil telefonlar sahibi Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1647/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1647/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver