Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1648/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 368-1.1 və 482.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00800-00567/24 nömrəli, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X5 izahatında bildirdi ki, 18 mart 2024-cü il tarixində saat 01:50 radələrində Ankara-Bakı avareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs X7 X11 2 gəliş zalında yerləşən Rəsmiləşmə otağına gələrək Türkiyə Respublikasından aldığı 2 ədəd “Redmi A2+ Black 64 GB” markalı mobil telefonları bəyan etmək istədiyini bildirmişdir. Şəxs gömrük nəzarətinə təqdim etdiyi mobil telefonlar şübhə doğurduğundan yoxlama keçirilmiş, yoxlama zamanı Şəxs tərəfindən Türkiyə Respublikasından gətirilmiş 2 ədəd “Xiaomi Redmi A2+” markalı mobil telefonların İMEl kodları “İphone 15 Pro” markalı telefonlara məxsus olduğu müəyyən edilmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və bu barədə tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada məlumat göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 368-1.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, 00800-00567/24 saylı protokoldan görünür ki, 18 mart 2024-cü il tarixində saat 01:50 radələrində J28004 Ankara-Bakı avareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs X7 X11 2 gəliş zalında yerləşən Rəsmiləşmə otağına gələrək Türkiyə Respublikasından aldığı 2 ədəd “Redmi A2+ Black 64 GB” markalı mobil telefonları bəyan etmək istədiyini bildirmişdir. Şəxs gömrük nəzarətinə təqdim etdiyi mobil telefonlar şübhə doğurduğundan yoxlama keçirilmiş, yoxlama zamanı Şəxs tərəfindən Türkiyə Respublikasından gətirilmiş 1-ci üzərində “Redmi A2+Black 64 GB” sözləri və “İMEİ 1 **********29919 və **********52196 kodları yazılmış mobil telefon yoxlanılan zaman “imeicheck” internet saytında baxış zamanı **********29919 və **********52196 İMEİ kodlarının “İphone 15 Pro Max (A3105)” markalı mobil telefona, üzərində “Redmi A2+Black 64 GB” sözləri və **********35165 və **********44914 İMEl kodları yazılmış mobil telefonun yoxlanması zamanı isə “imeicheck” internet saytında baxış zamanı **********35165 və **********44914 İMEl kodlarının “İphone 15 Pro (A3101)” markalı mobil telefona məxsus olduğu müəyyən edilərək protokol əsasında götürülmüşdür. Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə müalicə məqsədi ilə Türkiyə Respublikası Ankara şəhərinə getmişlər. xx.xx.2024-cü il tarixdə Ankaradan Bakı şəhərinə gələrkən bir nəfər Azərbaycanlı onlara yaxınlaşaraq 2 ədəd mobil telefonu olduğunu və həmin telefonları gömrük orqanına bəyan edərək Bakı şəhərində yaşayan şəxsə verməyini xahiş etmişdir. O da oğlu X3 məxsus ***-***-**-** mobil nömrəsini vermiş və həmin mobil nömrə ilə əlaqə saxlayaraq telefonları götürə biləcəklərini bildirmişdir. Təyyarəyə gecikdiyi üçün tez aralaşdığından əlavə sual verə bilməmişdir. Mobil telefonların imei kodlarının dəyişdirildiyindən məlumatı olmamışdır. Ona mobil telefonları verən şəxsi tanımır, ilk dəfə idi ki, Ankarada hava limanında görürmüşdür. Adı, Soyadı və s. heç nə barədə məlumatı yoxdur. Oğluna zəng edən zaman mobil nömrələrin araşdırmaya təqdim edəcəkdir. 40-45 yaşlarında 180-185 sm boylarda, qara saçlı kök şəxs olmuşdur. Ona hər hansı şəkillər və ya şəxslər təqdim edilərsə aralarında həmin şəxsi tanıdığını bildirmişdir. Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, 2022-ci il tarixdən gömrük orqanlarında xidmət edir. Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin inspektoru vəzifəsində işləyir. 2022-ci ilin aprel ayından Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinə təhkim edilmişdir. 18 mart 2024-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən J28004 Ankara - Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı, Şəxs yaxınlaşaraq 2 ədəd “Redmi” markalı mobil telefonu olduğunu və həmin mobil telefonları bəyan etmək istədiyini bildirmişdir. O “Redmi A2+Black 64 GB” markalı mobil telefonları bəyannaməsinin tərtib edilməsi məqsədi ilə Şəxs götürmüşdür. Şəxs gömrük nəzarətinə təqdim etdiyi mobil telefonlar şübhə doğurduğundan yoxlama tətbiq etmək qərarına gəlmişdir. Yoxlama zamanı Şəxs tərəfindən Türkiyə Respublikasından gətirilmiş 1-ci üzərində “Redmi A2+Black 64 GB” sözləri və “İMEİ **********29919 və **********52196 kodları yazılmış mobil telefon yoxlanılan zaman “imeicheck” internet saytında baxış zamanı **********29919 və **********52196 İMEl kodlarının “İphone 15 Pro Max (A3105)” markalı mobil telefona, üzərində “Redmi A2+ Black 64 GB” sözləri və **********35165 və **********44914 İMEl kodları yazılmış mobil telefonun yoxlanması zamanı isə “imeicheck” internet saytında baxış zamanı **********35165 və **********44914 İMEl kodlarının “İphone 15 Pro (A3101)” markalı mobil telefona məxsus olduğunu müəyyən etmişdir və qeyd edilən 2 ədəd mobil telefonu araşdırma məqsədi ilə protokol əsasında götürmüşdür. Şəxs əvvəl mobil telefonların özünə məxsus olmasını bildirməsinə baxmayaraq yoxlama bitdikdən sonra mobil telefonlarda qanun pozuntusunun aşkar olduğunu başa düşmüş və həmin mobil telefonların ona məxsus olmadığını, Türkiyə Respublikasında bir nəfər tanımadığı Azərbaycanlı şəxs tərəfindən ona verildiyini və gömrüyə bəyan edərək keçirməsini və həmin mobil telefonu ondan zəng edərək götürəcəklərini bildirmişdir. Material üzrə 27 mart 2024-cü il tarixdə “kompleks məhkəmə kompüter-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 03 may 2024-cü il tarixli 5/406-9/2567 nömrəli ekspert rəyinə əsasən: Ekspertiza tədqiqatına təqdim olunmuş “Xiaomi Redmi A2+” markalı “M23028RNCAG” modelli “64 GB” yaddaş həcminə malik mobil telefonun bir ədədinin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti təxminən 180,00 manat, 2 ədədinin qiyməti isə 360,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, 18 mart 2024-cü il tarixində Ankara-Bakı avareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə İMEİ kodları başqa markalı (İphone markalı) telefonlara məxsus olan 2 ədəd “Xiaomi Redmi A2+ Black 64 GB” markalı mobil telefonları gömrük orqanına bəyan etmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələrinə nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 368-1.1-ci maddəsinə əsasən mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə - fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 368-1.1 və 482.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələri ilə təqsirli bilinməli və ona 368-1.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 368-1.1-ci maddəsi ilə (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati məsuliyyətə cəlb edilərək, ona 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs götürülmüş və qaytarılması barədə hər hansı bir sənəd iş materiallarında mövcud olmayan əşyalar, yəni 2 ədəd “Xiaomi Redmi A2+ Black 64 GB” mobil telefonlar hazırki qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi müəyyən edilmədiyi üçün dövlət mülkiyyətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 368-1.1-ci maddəsi ilə (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati məsuliyyətə cəlb edilərək, ona 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Maddi sübut kimi götürülmüş 2 ədəd “Xiaomi Redmi A2+ Black 64 GB” mobil telefonlar hazırki qərar qanuni qüvvəyə mindikdən sonra dövlət mülkiyyətinə verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1648/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1648/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver