Məhkəmə qərarları › İş №3(003)-1649/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1649/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1649/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X5 iştirakları ilə Şəxs xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşağı olan, orta təhsilli, işləməyən, İİ Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 18 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1915/2022 saylı, 04 iyul 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1915/2022 saylı, 04 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 04 iyul 2022-ci il tarixdən başlayaraq 07 sentyabr 2011-ci il təvəllüdlü X3, 10 fevral 2015-ci il təvəllüdlü X6 və 07 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 06 iyul 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu Şəxs dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq gəlmədiyindən bu barədə 20 sentyabr 2022-ci il tarixdə akt tərtib olunmuşdur. Borclunun tələbkara hazırda 1450 manat aliment borcu vardır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə aldığı spixi-mənəvi travmalardan sonra əmək qabiliyyətini və yaddaşınıi itirmişdir və hazırda müalicə alır. Xəstəliyi ilə bağlı heç bir yerdə işləmir. Buna baxmayaraq hər ay uşaqların saxlanması üçün 50-60 manat ödəniş etmişdir. Hazırda isə 50 manat ödəniş etmişdir. Qalan borcu isə işlədikdən sonra hissə-hissə olmaqla ödəyəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 göstərdi ki, təxminən bir il olar ki, tələbkarla ayrıayrılıqda yaşayırlar. Uşaqlara özü baxdığı üçün işləyə bilmir. Tələbkar bu müddət ərzində hər ay ödəniş etsə də, 420 manat yox, 50-80 manat ödəniş etmişdir. Həmin məbləğdə pula isə 3 uşağın saxlanması mümkün deyildir. Bu səbəbdən borclu Şəxs həbs olunmasını məhkəmədənxahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1915/2022 saylı, 04 iyul 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 04 iyul 2022-ci il tarixdən başlayaraq 07 sentyabr 2011-ci il təvəllüdlü X3, 10 fevral 2015-ci il təvəllüdlü X6 və 07 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İş materiallarına əlavə olunmuş 13 iyul 2022-ci il tarixli qəbzə əsasən borclu Şəxs 60 manat, 25 avqust 2022-ci il tarixli qəbzə əsasən 50 manat, 04 sentyabr 2022-ci il tarixli qəbzə əsasən 40 manat, 08 sentyabr 2022-ci il tarixli qəbzə əsasən 40 manat, 24 sentyabr 2022-ci il tarixli qəbzə əsasən 50 manat və 26 oktyabr 2022-ci il tarixli qəbzə əsasən 50 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 s nömrəli sərəncamı ilə Şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Ambulator Kitabçadan çıxarışların surətindən görünür ki, Şəxs özünü İİ Qarabağ müharibəsindən sonra orada iştirak zamanı aldığı psiximənəvi travmalardan sonra xəstə hesab edir. Şikayəti baş, boyun nahiyəsində ağrılar, yerişin pozulmasıdır. Məhkəmə hesab edir ki, Şəxs İİ Qarabağ müharibəsindən sonra orada iştirak zamanı aldığı psixi-mənəvi travmalarla bağlı ambulator müalicə aldığından hazırda işləmir. Buna baxmayaraq hər ay tələbkara icra sənədi üzrə az da, olsa aliment ödəmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1915/2022 saylı, 04 iyul 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Hazırda isə tələkara olan borcundan 50 manat ödəniş etmişdir və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar