Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1649/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X5 izahatında bildirdi ki, 13 fevral 2024-cü il tarixdə Moskva – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev X11 Əliyev Beynəlxalq X19 1 gəliş zalında yaşıl kanal vasitəsi ilə hava limanını tərk edərkən saxlanılmış və qırmızı kanala yönləndirilmişdir. Şəxs əl çantası Qırmızı kanalda yerləşən X-Ray aparatından keçirilmiş müşayiət etdiyi əl çantasında siqaret cizgilərinə oxşar cizgilər görüldüyündən Şəxs yoxlama otağına dəvət edilmişdir. Baxış zamanı Şəxs məxsus üzərində “CHAMPİONS LЕАGUЕ” yazısı olan əl çantasının içərisində 20 blok, hər blokda 10 qutu hər, qutuda 20 ədəd siqaret olmaqla, ümumilikdə 4000 ədəd Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan malları lakin belə marka markalanmamış siqaret, 1 ədəd “İphone 13 Pink 128 GB” markalı **********25898 İMEİ koda malik mobil telefon olduğu müəyyən edilərək protokol əsasında götürülmüşdür. Fakt üzrə araşdırma aparılmış və əməldə cinayət tərtkibi olmaması müəyyən edildiyin cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərar əsasın onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-1.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada məlumat göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00549/24 saylı protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında 13 fevral 2024-cü il tarixdə saat 15 radələrində 745 saylı Moskva – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (Pasport No С********) X12 X19 1 gəliş zalında yaşıl kanal vasitəsi ilə hava limanını tərk edərkən saxlanılmış və qırmızı kanala yönəndirilmişdir. Şəxs əl çantası Qırmızı kanalda yerləşən X- Ray aparatından keçirilmiş müşayiət etdiyi əl çantasında siqaret cizgilərinə oxşar cizgilər görüldüyündən Şəxs yoxlama otağına dəvət edilmişdir. Baxış zamanı Şəxs məxsus üzərində “CHAMPİONS LЕАGUЕ” yazısı olan əl çantasının içərisində 20 blok, hər blokda 10 qutu hər, qutuda 20 ədəd siqaret olmaqla, ümumilikdə 4000 ədəd Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan malları lakin belə marka markalanmamış siqaret, 1 ədəd “İphone 13 Pink 128 GB” markalı **********25898 İMEİ koda malik mobil telefon olduğu müəyyən edilərək protokol əsasında götürülmüşdür. Araşdırma dövründə izahatı alınmış Şəxs bildirmişdir ki, Masallı rayonu Boradigah qəsəbəsində qeydiyyatdadır, ailəlidir 1 qız və 1 oğul övladı vardır. 2008-ci il tarixdən Rusiya Federasiyasında yaşayır. Rusiya Federasiyasında Moskva şəhəri Azornaya prospekti, ev 14 ünvanında yaşayır. Ailəsini dolandırmaq üçün bir müddət orada qalır və arada Azərbaycana gəlir. Hazırda Rusiya Federasiyasında Ərzaq bazarında yeməkxanada kababçı işləyir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Son vaxtlar müxtəlif malların alqı-satqısı ilə məşğul olaraq dolanışığını təmin edir. Belə ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedərkən “Duty Free” mağazalarından siqaret alaraq Rusiya Federasiyasında satır. xx.xx.2024-cü il tarixdə Moskvadan Bakıya gəlmiş ki, “Duty Free” mağazalarından siqaret аlaraq aparıb Moskva şəhərində satsın. 7 blok “Sobranıe” markalı siqaret almış, 13 Blok “Sobranıe” markalı siqareti də “Araz” (Tel: 050277-77-65) adlı dostuna almışdır. Siqaretləri almaqda məqsədi sataraq pul qazanmaq olmuşdur. “İphone 13” markalı mobil telefonu isə Rusiyada olan bir nəfər tanımadığı şəxs ona vermiş və xahiş etmişdir ki, Bakıda qaynatasına çatdırsın. Belə ki, həmin şəxsin mobil nömrəsi onda yoxdur. Аnсаq onun mobil telefon nömrəsini götürərək çatacaq şəxsə verəcəyini bildirmişdir. X1rkən həmin şəxs +**********8 mobil nömrəsi ilə vatsap proqramı vasitəsi ilə onun +**********3 mobil nömrəsinə zəng edərək ona mobil telefon çatacağını bildirmişdir. О hava limanında gömrük əməkdaşları olan hissədə qapıya yaxınlaşıb getmək istəyərkən gömrük əməkdaşları onu saxlamış və əl çantasını X-Ray aparatına qoymağını bildirmişlər. Əl çantası aparatdan keçdikdən sonra onu yoxlama otağına dəvət etmişlər. İki nəfər hal şahidi çağıraraq əl çantasına baxış keçirmişlər və üzərində “CHAMPİONS LEAGUE” yazısı olan əl antasının içərisində 20 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd siqaret olmaqla ümumilikdə 4000 ədəd “Sobranıe” markalı Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan lakin belə marka markalanmamış siqaret, 1 ədəd “İphone 13 Pink 128 GB” markalı **********25898 İMEİ koda malik mobil telefon olduğu müəyyən edilərək protokol əsasında götürülmüşdür. О dа protokola imza etmişdir. Araşdırma zamanı gömrük əməkdaşı X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən saat 15 radələrində 745 saylı Moskva - Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs hərəkətləri şübhə doğurduğuna görə X12 X19 1 gəliş zalında yaşıl kanal vasitəsi ilə hava limanını tərk edərkən saxnılmış və qırmızı kanala yönəndirilmişdir. Şəxs əl çantası Qırmızı kanalda yerləşən X-Ray aparatından keçirilmiş və müşayiət etdiyi əl çantasında siqaret cizgilərinə oxşar cizgilər görüldüyündən Şəxs yoxlama otağına dəvət edilmişdir. Baxış zamanı Şəxs məxsus üzərində “CHAMPİONS LEAGUE” yazısı olan əl çantasının içərisində 20 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd siqaret olmaqla ümumilikdə 4000 ədəd Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan, lakin belə marka markalanmamış siqaret, 1 ədəd “İphone 13 Pink 128 GB” markalı **********25898 İMEİ koda malik mobil telefon olduğu müəyyən edilərək protokol əsasında götürülmüşdür. Araşdırma zamanı izahatı alınmış X10, hal şahidləri X13 və X7 izahatlarında gömrük əməkdaşı X4 izahatında göstərdiyi xüsusatları təsdiq etmişlər. Saxlanılan malların yararlı olub-olmamasını və malların dəyərini müəyyən etməkdən ötrü xx.xx.2024-cü il tarixində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ünvanlanan 3-333100/2-000653/2024 nömrəli məktubla ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli 5/224-9/1366-7/303 nömrəli ekspert rəyində göstərilir ki, təqdim edilmiş 01 bir ədəd sensor ekran ilə təchiz olunmuş “İphone 13” markalı “A2482” modelli “**********25898” “İMEİ” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. təqdim edilmiş 01 bir ədəd “İphone 13” markalı “A2482” modelli mobil smartfon aktiv edilməmişdir. Tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndinə əsasən təqdim edilmiş 01 bir ədəd “İpһоnе 13” markalı “A2482” modelli mobil smartfonun “128 GB” həcmdə yaddaş tutumuna malik olması müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş adları və sayları cədvəl No 1 də göstərilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərə uyğundur. Ekspertiza tədqiqatına təqdim edilmiş zəmanəti (qarantiya), qeydiyyatı olmayan mobil telefonun və tütün məmulatlarının 13 fevral 2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2100 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli 5/224-9/1366-7/303 nömrəli ekspert rəyində olan cədvələ əsasən siqaretlərin ümumi dəyəri 1000 manat təşkil edir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 3-33/1-012622/2024 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə materialın ayrılması, ayrılmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsindən ötrü Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilməsi və hüquqpozma predmeti olan, ekspertiza tədqiqatından sonra qalıq sayı 190 qutu olan “Sobranie London” markalı tütün məmulatının və 01 ədəd “İphone 13” markalı, “A2482” modelli, “**********25898” “İMEİ” kodlu mobil smartfonun Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına saxlanca verilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 13 fevral 2024-cü il tarixdə saat 15 radələrində 745 saylı Moskva – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs əl çantasında bəyan edilməli olan bir ədəd “İphone 13” markalı “A2482” modelli “**********25898” “İMEİ” kodlu mobil smartfonu və 20 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd siqaret olmaqla ümumilikdə 4000 ədəd Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan, lakin belə marka markalanmamış “Sobranie London” markalı tütün məmulatını bəyan etməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsindən görünür ki, “İphone 13” markalı mobil telefonun qiyməti 1100 manat, 200 qutu olan Sobranie London” markalı tütün məmulatının ümumi dəyəri 1000 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 508-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə- aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunan qanunvericilik normalarının tələblərini və iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinməli, lakin onun əməlində həmin Məcəllənin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs törətdiyi inzibati xəta əməli bəyan etməyərək ölkə ərazisinə gətirdiyi həm mobil telefona, həm də aksiz markası ilə markalanmalı, lakin belə marka ilə markalanmamış siqaretlərə münasibətdə tam olaraq İXM-in 482.1-ci maddəsi ilə əhatə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsinin dispozisiyasına əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan beş yüz manatadək miqdarda idxal edilməsi inzibati məsuliyyət yaradır. Göründüyü kimi şəxsin İXM-in 508-ci maddəsi ilə inzibati məsluiyyətə cəlb edilməsi üçün aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan beş yüz manatadək miqdarda idxal edilməsi inzibati məsuliyyət yaradır və burada mütləq bu maddənin məqsədləri üçün idxal əməliyyatının mütləq şərti olan satış məqsədi mütləq müəyyən edilməlidir. Belə məqsəd isə müəyyən edilmədən şəxsin bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İnzibati iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi X14 əməlində satış məqsədi müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malın müsadirə edilməsi növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına maddi sübut kimi saxlanılan inzibati xətanın bilavasitə obyekti olan “İphone 13” markalı “A2482” modelli “**********25898” “İMEİ” kodlu mobil smartfon və 190 qutu olan “Sobranie London” markalı tütün məmulatı dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “İphone 13” markalı “A2482” modelli “**********25898” “İMEİ” kodlu mobil smartfon və 190 qutu olan “Sobranie London” markalı tütün məmulatı müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1649/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1649/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver