Məhkəmə qərarları › İş №3(003)-1650/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1650/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1650/2021 10.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) sahə inspektoru, polis mayoru X3 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Oğuz rayonunun Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 157-ci maddəsi ilə Xəzər RPİ 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ünvanında qonşusu X4 döymüşdür. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X5 göstərdi ki, Şəxs 19 sentyabr 2021-ci il tarixdə Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ünvanında qonşusu X4 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində tərəfindən 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 19 sentyabr 2021-ci il tarixdə qonşusu X1 həyətinə öz həyətində işləyən ustalarla birlikdə daxil olmuş və Aytac ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Aytacın sifət və qol nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, X1 xəsarətini müəyyən etmək üçün ekzpertiza təyin edilmiş, Məhkəmə Tibbi Ekzpertizasının 24 sentyabr 2021-ci il tarixli 1189 saylı rəyinə əsasən X6 qızında çənənin qansızması, sol bazunun, sol dizin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir gün əvvəl olmaqla, qərarda göstərilən 19 sentyabr 2021-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1992-ci il tarixdə Oğuz rayonunun Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar