Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1651/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 31 avqust 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 1 azyaşlı uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 19 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 18 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində DYP əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 22:00-23:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-BT-*** nömrə nişanlı avtomobili Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən marketin qarşısında saxlayanda DYP əməkdaşları ona yaxınlşaraq içkili olub-olmadığını soruşmuşlar. O, içkili olduğunu, lakin avtomobili idarə etmədiyini bildirmişdir. Sonradan aralarında sözlə mübahisə baş vermiş, polis əməkdaşları onu zorla öz xidməti avtomobillərinə oturtmaq istəmişlər. Həmin vaxt o, polis əməkdaşlarına tabesizlik göstərmiş və oradan qaçmışdır. Lakin köməyə gələn PPX-nin əməkdaşları DYPİ-nin əməkdaşları ilə birlikdə onu qovaraq saxlamış və polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ondan hər hansı bir sənəd tələb etməmişlər və o, YPX-nin avtomobilinə tərəf daş atmamışdır. Yanında olan müştəri - Murad adlı şəxs polisin işinə mane olmamış və hər hansı bir müdaxilə etməmişdir. Hadisədən 1 saat əvvəl o, 2 bokal pivə içmişdir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 22:15 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində sənədləri polis əməkdaşlarına təqdim etməkdən, şöbəyə getməkdən imtina etmiş, qaçaraq hadisə yerindən uzaqlaşmağa cəhd etmişdir. Bununla da o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ-nin YPX Alayının inspektorları S.Əhmədzadə və E.Abbasovun raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Xəzər rayonu, Şağan qəsəbəsində xidmətdə olarkən “Toyota Prius” markalı **- BT-*** nömrə nişanlı avtomaşının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un tələblərini pozduğuna görə tərəflərindən saxla işarəsi verilmiş, həmin vaxt sürücü Şəxs dərhal avtomobildən düşərək yolun digər tərəfinə keçmişdir. Ona yaxınlaşarkən sərxoş olduğu müəyyən olunmuş və sənədlərini təqdim etməsi tələb olunmuşdur. Şəxs sənədlərini təqdim etməmiş və qaçaraq uzaqlaşmışdır. YPX-nin əməkdaşları köməyə gəldikdə Şəxs əlinə daş götürərək onlara tərəf atmışdır. Həmin vaxt sürücü Şəxs yanında olan X1 polisin qanuni işinə mane olaraq sürücünün qanuna tabe olmasına maneçilik törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/5871 nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, saat 23:40-da müayinə olunmuş Şəxs sərxoşluq vəziyyətində (0,396%) olmuşdur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs hadisəni sərxoş halda törətməsini Azərbaycan Respublikası İXMnin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran hal olan hadisə vaxtı sərxoş vəziyyətdə taksi fəaliyyəti xidməti göstərməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00-da tutulmuşdur. Lakin məhkəmədə müəyyən olundu ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində baş vermiş və Şəxs saxlanılmışdır, yəni onun azadlığı həmin vaxtda məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tutmanın əvvəli xx.xx.2022-ci il tarixdə saat 22:15-dən hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 18 oktyabr 2022-ci il saat 22:15-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1651/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1651/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver