Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1651/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs içtirakı ilə Şəxs xx.xx.1976-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 3 nömrəli Zeytun sovxozunda yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş Qərarla razı deyildir, çünki, o, heç bir inzibati xəta hadisəsi törətməmişdir, ona görə də hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, onun mülkiyyətində olmuş “QAZ-3110” MİNİK markalı 90TD631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10 aprel 2019-cu il tarixli Baş etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri yerinə yetirmək hüquqları, həm də həmin hüquqları digər şəxsə vermək hüququ ilə X1 vermişdir. X3 da həmin nəqliyyat vasitəsini 22 aprel 2019-cu il tarixli Baş etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri yerinə yetirmək hüquqları, həm də həmin hüquqları digər şəxsə vermək hüququ ilə X2 vermişdir. Göründüyü kimi, onun mülkiyyətində olmuş “QAZ-3110” MİNİK markalı 90TD631 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2019-cu ilin aprel ayından onun sahibliyində və istifadəsində deyildir, göstərilən vaxtdan etibarən o, həmin avtomobili idarə etməmiş və heç bir inzibati qayda pozuntusu törətməmişdir. Sözügedən nəqliyyat vasitəsinə dair verilmiş etibarnamələri məhkəməyə təqdim edir və Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokolun və onun əsasında qəbul edilmiş Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Xəzər RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta hadisəsi olmadığından, Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş Qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İM-nin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs hərəkətlərində inzibati xəta hadisəsi olmadığından, Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş Qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1651/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1651/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver