Məhkəmə qərarları › İş №3(003)-1653/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1653/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1653/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X5 iştirakı ilə xx xxxx 1997-ci ildə Lerik rayonu, Şingədulan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lerik rayonu, Şingədulan ərazi dairəsi, Şingədulan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 oktyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 14 oktyabr 2022-ci il tarixdə X5 Binə qəsəbəsi, Yaşıl aptekin yanında 217 manatlıq poz-qazan lotoreyasını pozmuş və ödəniş etməyərək dələduzluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3cü PŞ-nin təhqiqatçısı Səfa Usubov tərəfindən 21 oktyabr 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Sübhan Cəbiyev tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Binə qəsəbəsinin mərkəzində yerləşən “Azərlotoreya” piştaxtasına yaxınlaşaraq X1 lotoreyadan 165 manat dəyərində 33 ədəd Zümrüd adlı lotoreya almış və uduzmuşdur. X2 217 manat dəyərində nisyə olaraq «X5», «X10» və «Ani-50» lotoreyaları alaraq pozmuşdur. Həmin lotoreyaların pulunu hissə-hissə ödəyəcəyini bildirsə də, ödəniş edə bilməmişdir. X3 dəmiş ziyanı ödəmiş və onunla barışmışdır. Bu səbəbdən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X7 göstərdi ki, Binə qəsəbəsinin mərkəzində yerləşən “Azərlotoreya” lotoreyalarının satışı ilə məşğul olur. Şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində 25 manat dəyərində lotoreya alaraq uduzduqdan sonra oyunu davam etdirərək 217 manat dəyərində lotoreya pozdurmuşdur. Sonra çayxanaya gedərək pulunu həmin günü ödəyəcəyini desə də, çayanadan çıxıb getmiş və pulu ödəməmişdir. Bugün Şəxs 217 manat məbləğində dəymiş ziyanı tam olaraq ödədiyindən ona qarşı heç bir şikayəti olmadığını, onunla barışdığını bildirdi, onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi və məhkəməyə bununla bağlı ərizə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 14 oktyabr 2022-ci il tarixdə X5 Binə qəsəbəsi, Yaşıl aptekin yanında 217 manatlıq poz-qazan lotoreyasını pozmuş və ödəniş etməyərək dələduzluq etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X6 vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına zərərçəkmiş şəxs X6 vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar