Məhkəmə qərarları › İş №3(003)-166/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-166/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-166/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli protokola əsasən 19 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsidə yerləşən Şəxs marketdə planlı YTM keçirilən zaman YTQ № 01-20015.3, 8.1 və YTQ № 03-2002 2.1.2,8.4-cü bəndinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsinə və Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işləyir. 19 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsidə yerləşən Şəxs marketdə planlı yanğın təhlükəsizliyi ilə bağlı yoxlama keçirilən zaman mağazanın daxili yanğın su kranlarının, divarda olan kran və şlanqların nasaz olduğu, kranların və təxliyə yollaranın qarşısına məhsullar yığıldığı, bununla da, YTQ № 01-20015.3, 8.1 və YTQ № 03-2002 2.1.2,8.4-cü bəndinin tələblərinin pozulduğu məlum olmuşdur. Həmçinin anbarda məhsullar çox yuxarı, tavana yaxın məsafədə yığılmışdır. 2021-ci ildə də, həmin mağazada yoxlama zamanı eyni nöqsanlar aşkar olunmuşdur. Yoxlama zamanı mağaza müdiri olarada olsa da, olanlara heç bir münasibət bildirmədi. Buna görə də, Şəxs MMCnin barəsində MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru X3 şahid X1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə şahidləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi standartların, normaların və qaydaların tələbləri yerinə yetirilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar