Məhkəmə qərarları › İş №3(003)-166/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-166/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-166/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 iştirakları ilə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi Alballıq yolunda sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Honda CRV” markalı **-SF-*** sövlət qeydiyyat nişanlı avtomobil və sürücü Şəxs idarə etdiyi “Opel Zafira” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən, nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Honda CRV” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Ənirbala oğlunun yüngül dərəcəli bədən xəsarəti alması və avtomobilin sərnişin Zərərçəkmiş şəxs2 Şıirinbala qızının yüngül dərəcəli bədən xəsarəti alması ilə əlaqədar daxil olmuş məlumatın araşdırılması zamanı, hadisə baş verən ərazidə yol nizamlayıcısı o an işıqforun işləmədiyindən, “Opel Zafira” markalı 99-BA851 qeydiyyat nişanlı avtomobilin sürücüsi Şəxs idarə etdiy avtomobil ilə köməkçi yoldan baş yola daxil olan zaman baş yolun girişində olan 2.4 (yol ver) nişanının tələbinə məhəl verməmiş və baş yolda hərəkətdə olan avtomobillərin hərəkət intensivliyini gözləmədən idare etdiyi avtomobil ilə baş yola daxil olaraq baş yolda yəni, Buzovna qəsəbəsi istiqamətindən, Məştağa qəsəbəsi istiqamətində gedən yolun sağdan ikinci zolaqda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Honda CRV” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş, nəticədə baş yolda öz hərəkət zolağında hərəkətdə olan “Honda CRV" markalı avtomobilin qabaq hissəsi, “Opel Zafira” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qanadına çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi “Honda CRV” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, “Alballıq” yolunda, Buzovna qəsəbəsi istiqamətindən, Sabunçu rayonu, Məştağa qəsəbəsi istiqamətində gedən iki istiqamətli, istiqamətləri qoşa xətt ayıran, hər istiqamətdə iki zolaq olan yolun sağdan ikinci zolağı ilə saatda 40 km sürətlə hərəkət etmiş, qarşıda уоl ayrıcında olan işıqfora yaxınlaşan zaman işıqforun işləmədiyini görmüş, avtomobilin sürəti saatda 20-25 km sürət həddinə endirmiş, yol ауrıcının həmin sürətlə keçən zaman yolun sağ tərəfindən, məhəllə daxili köməkçi yoldan baş yola qəfil çıxan “Opel” markalı avtomobil onun idarə etdiyi avtomobilin qaşısına cıxmış və onun idarə etdiyi avtomobilin qabaq tərəfi, yolun sağ tərəfi köməkci yoldan, onun avtomobil ilə hərəkətdə olduğu baş yola daxil olan “Opel” markalı avtomobilin qabaqa sol qanadına çırpılmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o özü və avtomobilin salonunda sərnişin olaraq yol gedən həyat yoldaşı Naibə bədən xəsarəti almışlar. Şəxs ilə barışmış, ona qarşı ziyan tam olaraq ödənilmiş və heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin iclasında zərərçəkmiş şəxs X2 Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək hazırda Şəxs ilə barışdığını, ona qarşı ziyanın tam olaraq ödənildiyin və Şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmənin iclasında məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi “Opel Zafira” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Buzovna qəsəbəsi “Alballıq” YYM-dən məhəllə daxili köməkçi yolda hərəkət etmiş, Buzovna qəsəbəsi istiqamətindən, Sabunçu rayonu Məştağa qəsəbəsi istiqamətində gedən baş yola daxil olan zaman köməkçi yoldan baş yola çıxacağda olan işıqforun işləmədiyini görmüş, avtomobili baş yolun girişində bir qədər saxlamış, baş yolda avtomobillərin hərəkət intiensivliyi azaldığını görmüş, idarə etdiyi avtomobili qarşı sol tərəfə hərəkətə gətirmiş, köməkçi yoldan baş yola saatda 20-25 km sürətlə təxminən 3-4 metr daxil olan zaman, baş yolda hərəkət edən “Honda CRV” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi onun avtomobilinin sol qabaq qanadına çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur, bədən xəsarəti almamış və idarə etdiyi “Opel Zafira” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortasının bitdiyini bilməmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və ona şikayət yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 13 dekabr 2022-ci il tarixli, 1640 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və sol said oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X6" X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqların görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 13 dekabr 2022-ci il tarixli, 1641 saylı rəyində görünür ki, A.Ə.Şəfixanovun bədəni üzərində aşkar edilmiş xəsarət — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu-çiyin oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X6" X5 müraciətindən az əvvəl olmagla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/6819 nömrəli, 02 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs1 alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/6820 nömrəli, 02 dekabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 dekabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Opel Zafira” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə Azərbaycan Respublikasının İXM-nin 327.8-cı və 439.3-cü maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə zərərçəkmişlərə dəymiş zərərin ödənilməsi cəzanı yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar