Məhkəmə qərarları › İş №3(003)-1670/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1670/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1670/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Pərviz Aslanovun iştirakı ilə xx xxxxxx 1982-ci ildə Masallı rayonu Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, heç bir yerdə işləməyən, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs Hacıağa oğlunun haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 24 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs Hacıağa oğlu 24 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Hacıağa oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hacıağa oğlu məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir. O, 1 il ərzində bir gündən bir olmaqla çəkmək yolu ilə narkotik vasitə olan heroindən (kokos) istifadə etmişdir. Lakin son vaxtlar müalicə olunduğuna görə narkotikdən istifadə etmir. xx.xx.2022ci il tarixdə saat 15:00 radələrində Şüvəlan qəsəbəsində yaşayan bacısı Leylagilə qonaq gedərkən polis əməkdaşları onu saxlamışdır. O, bundan əsəbləşib polis əməkdaşlarını söyərək oradan qaçmağa cəhd etmişdir. Bundan sonra polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək barəsində aşağı həddə həbs cəzasının verilməsini xahiş etdi. Məhkəmə Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Hacıağa oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs Hacıağa oğlu 24 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 24 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində narkotik vasitə istifadəsində və oğurluq etməkdə şübhəli bilinən Şəxs Hacıağa oğluna yaxınlaşmışdır. Bu zaman Şəxs ünvansız küçə söyüşləri söyərək polisin qanuni tələbinə tabe olmayaraq qaçmağa cəhd etmişdir. İş materiallarına əlavə olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, Şəxs Hacıağa oğlu müddətsiz 2-ci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik sahəsində göstərilən xidmətlər”dən görünür ki, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin 2-ci dərəcə məhdudlaşması halında – 61-80% təşkil edir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80% və ya 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs əməli səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə 2-ci qrup əlil olmasını, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq oluna bilməz və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hacıağa oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar