Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1673/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə Şəxs 30 avqust 1988-ci ildə Quba rayonu, İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fəhləliklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timirzayev kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 25 oktyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yol polisi əməkdaşlarını nalayiq söyüşlərlə təhqir edərək onların qanuni tələblərinə tabe olmayaraq tabesizlik etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 24 oktyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yaşayan qaynanasıgilə qonaq gəlmişdir. 25 oktyabr 2022-ci il tarixdə idarə etdiyi «Mercedes» markalı avtomobil ilə arvadı Nuranə ilə Quba rayonuna qayıtmaq istəyərkən Binə qəsəbəsində yol patrul xidməti maşını onun idarə etdiyi avtomobili saxlamışdır. Yol patrul xidməti əməkdaşı onun sürücülük vəsiqəsinin məhdudlaşdırıldığını bildirmişdir. O isə bu barədə məlumatı olmadığını və 12 yaşında uşağı Ələkbər ağır xəstə olduğu üçün təcili Quba rayonuna qayıtmalı olduğunu demişdir. Belə ki, oğlu yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün bakı şəhərində əməliyyat olunmuşdur. O, da Bakı şəhərinə həkimin yanına və dərman almaq üçün gəlmişdir. Lakin yol patrul xidməti əməkdaşı uşağın xəstəliyinin ona aidiyyəti olmadığını bildirmişdir. Buna görə aralarında sözlə mübahisə olmuşdur. Lakin o, yol patrul xidməti əməkdaşının ünvanına nalayiq ifadələr işlətməmişidr. Sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Yol patrul xidməti əməkdaşı isə post partul maşını çağırmışdır. Onu polis şöbəsinə dəvət etmişlər və o, öz avtomobili ilə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. edərək başını dəmir qapıya vurmuşdur. O polisin iş rejimini pozmamışdır. Buna görə də, onu döyərək guya pulunu evdən tapması barədə məcburi izahat yazdırmışlar. Törətdiyi əməldən səmimi peşmançılığını, təcili xəstə uşağının yanına qayıtmalı olduğunu bildirərək məhkəmədən həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, Şəxs onun əridir. 25 oktyabr 2022-ci il tarixdə ərinin idarə etdiyi «Mercedes» markalı avtomobil ilə Quba rayonuna qayıtmaq istəyərkən Binə qəsəbəsində yol patrul xidməti maşını ərinin idarə etdiyi avtomobili saxlamışdır. O, həmin vaxt arxa oturacaqda əyləşmişdir. Əri maşından düşərək polis əməkdaşları tərəfə getmişdir. Həmin tərəfdən səs gəldiyini eşidib maşından düşmək istəyərkən əri qışqıraraq avtomobildə oturmasını demişdir. O, heç nə eşitməmiş və söhbətin nədən getdiyini bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır və onun inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, onun barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1673/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1673/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver