Məhkəmə qərarları › İş №3(003)-1675/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1675/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1675/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X6” MMC-də texniki işçi vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 oktyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs X2 12 iyul 2022-ci il tarixdə yaşadığı evdə döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞnin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən 25 iyul 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Əsəd Əsədov tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək X3 ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. 12 iyul 2022-ci il tarixdə, saat 01:45 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi 25 saylı evin 39 nömrəli mənzilində olmuşdur. O, Çinarənin yaşadığı evə getməmiş və onu döyməmişdir. Təqsirinin olmadığını bildirərək məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 göstərdi ki, 12 iyul 2022-ci il tarixdə, saat 01:45 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz evdə olarkən qeyri-rəsmi yaşadığı Şəxs sərxoş vəziyyətdə onun evinə gələrək mübahisə edərək səs-küy salmış və vintaçanla onu vurmuşdur. Daha sonra sillə vuraraq onu döymüş və evdən çıxıb getmişdir. Həmin vaxtı evdə yatan iki uşağı səs-küyə oyanmışdır. Aralarında barışıq olmadığını bildirərək Şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və inzibati xəta haqqında protokol əsasında sübuta yetirilir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 15 iyul 2022-ci il tarixli, 587 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ çiyin nahiyəsinin səthi əzilmiş-deşilmiş yarası məhdud səthə malik deşici əşya (alət) (ola bilsin çintaçan)) təsirindən törənmiş və törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən 12 iyul 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ç.N.Abbasovanın bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar