Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1676/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X5 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 29 noyabr 2021-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində keçmiş arvadı X3 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X6 tərəfindən 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X6 göstərdi ki, Şəxs 29 noyabr 2021-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı X3 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində tərəfindən 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 29 noyabr 2021-ci il tarixdə axşam saatlarında keçmiş əri Şəxs sərxoş vəziyyətdə evə gələrək onunla mübahisə yaranmış şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı onu döymüşdür. Bundan sonra, o, hadisə barədə Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Rasimin etdiyi hərəkətə görə onu bağışlamamışdır və onunla barışmaq fikri yoxdur. Ona görə də, Rasimə qanunvericilikdə nəzərdə tutulmuş ağır inzibati tənbeh verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, X1 üç ilə yaxındır ki, rəsmi olaraq boşanmış, lakin Xəzər rayonu Zirə qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində birlikdə yaşayırlar. 19 noyabr 2021-ci il tarixdə sərxoş halda şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı Natiqəni döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Özünü təqsirli bilmir, buna görə də barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Şəxs oğlunun məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, zərərçəkmiş şəxs X4 ilə keçmiş əri Şəxs arasında yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamani Şəxs keçmiş arvadı Natiqəni döyüb, sağ əlin sıyrıqları, sol saidin, sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərar göstərilən 29 noyabr 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materillarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 29 noyabr 2021-ci il tarixli, 1/2314 nömrəli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi “orta” olmuşdur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20 dekabr 2021-ci il tarixdə saat 16:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1676/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1676/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver