Məhkəmə qərarları › İş №3(003)-1678/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1678/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1678/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Hüseyncanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixlvə MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X8 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məscid yolu, yeni yaşayış sahəsi ünvanında yaşayan X9 məxsus mikroavtobusdan 1 ədəd Pioner markalı maqnitafon, 1 ədəd 600 volt olan səsartırıcı, 1 ədəd yüksək səsgücləndirici və 2 ədəd səsgücləndirici oğurlayaraq N.Muradova 470 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra Şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən köşkün satıcısı X2 aldadaraq ondan dəyəri 7 manat məbləğində olan 2 ədəd siqaret və 60 manat məbləğində pul almışdır. Daha sonra Şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ünvanında yaşayan X3 məxsus 1 ədəd velosipedi oğurlayaraq R.Məhərrəmova 100 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolu, Yeni yaşayış sahəsi ünvanında yaşayan X5 məxsus “Vaz 2101” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin akkumlaytorunu oğurlayaraq M.Adinəyevə 60-70 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Donuzçuluq sovzou, yeni sahə ünvanında yaşayan X11 məxsus evə girərək oradan dəyəri 20-30 manat olan xırda 50 qəpiklik pulu, 1 ədəd istifadəyə yararsız mobil telefonu və dəyəri 50 manat olan qızıl klonu oğurlamışdır. Hər bir törədilmiş oğurluq hadisəsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsinin bölmənin müvafiq əməkdaşlarına həvalə eilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Bütün qeyd olunanları nəzərə alaraq Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətaları törətdiyini etiraf edərək, əməlindən peşman olmasını qeyd etmiş və barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən talanmış əmlakın dəyəri yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məscid yolu, yeni yaşayış sahəsi ünvanında yaşayan X9 məxsus mikroavtobusdan 1 ədəd Pioner markalı maqnitafon, 1 ədəd 600 volt olan səsartırıcı, 1 ədəd yüksək səsgücləndirici və 2 ədəd səsgücləndiricinin oğurlanması barədə N.Muradovun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsinin bölmənin müvafiq əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən köşkün satıcısı X1 aldadılaraq dəyəri 7 manat məbləğində olan 2 ədəd siqaret və 60 manat məbləğində pulun dəlduzluq yolu ilə ələ keçirilməsi barədə M.Seyidovun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ünvanında yaşayan X3 məxsus 1 ədəd velosipedi oğurlanması barədə R.Məhərrəmovun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolu, Yeni yaşayış sahəsi ünvanında yaşayan X5 məxsus “Vaz 2101” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin akkumlaytorunun oğurlanması barədə M.Adinəyevin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsinin bölmənin müvafiq əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Donuzçuluq sovzou, yeni sahə ünvanında yaşayan X11 məxsus evə girərək oradan dəyəri 20-30 manat olan xırda 50 qəpiklik pulu, 1 ədəd istifadəyə yararsız mobil telefonu və dəyəri 50 manat olan qızıl klonun oğurlanması barədə E.Əsgərovun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsinin bölmənin müvafiq əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx xxxx 2020-ci il tarixdə, xx xxx 2020-ci il tarixdə, xx xxx 2020-ci il tarixdə və xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən “İnzibati xəta haqqında iş üzrə icraat inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda dayandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məscid yolu, yeni yaşayış sahəsi ünvanında yaşayan X9 məxsus mikroavtobusdan 1 ədəd Pioner markalı maqnitafon, 1 ədəd 600 volt olan səsartırıcı, 1 ədəd yüksək səsgücləndirici və 2 ədəd səsgücləndirici oğurlayaraq N.Muradova 470 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra Şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən köşkün satıcısı X2 aldadaraq ondan dəyəri 7 manat məbləğində olan 2 ədəd siqaret və 60 manat məbləğində pul almışdır. Daha sonra Şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ünvanında yaşayan X3 məxsus 1 ədəd velosipedi oğurlayaraq R.Məhərrəmova 100 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolu, Yeni yaşayış sahəsi ünvanında yaşayan X5 məxsus “Vaz 2101” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin akkumlaytorunu oğurlayaraq M.Adinəyevə 60-70 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hər bir oğurluq hadisəsi üzrə şikayətçi (zərərçəkmiş) şəxslərin ərizələri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, adıçəkilən protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Donuzçuluq sovzou, yeni sahə ünvanında yaşayan X11 məxsus evə girərək oradan dəyəri 20-30 manat olan xırda 50 qəpiklik pulu, 1 ədəd istifadəyə yararsız mobil telefonu və dəyəri 50 manat olan qızıl klonu oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 05.011.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən X10 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və qeyd edilən oğurluq hadisəsini törədən şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsinin bölmənin müvafiq əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi əməllərdən peşman olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə tarixdə saat 15:30-da isə saxlanıldığı yerdən azad edilmişdir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati qaydada tutularaq iki gün müddətində həbsdə saxlanılmışdır. Bu xüsusata münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən həmin tənbehin yuxarı həddinin dörddə üç hissəsindən aşağı miqdarda ictimai işlər təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx xxx 1992-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Hüseyncanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli protokol üzrə təqsirli bilinərək barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli; MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli; MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli və MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli protokollar üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar