Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-168/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 iştirakı ilə Şəxs xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç azyaşlı uşağı olan, orta təhsilli, «Azərbaycan Dəmir Yolları» QSc-də yangın söndürən vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük, tərəvəzçilik sovxozunda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 28 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1404/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli, ünvan 1 tarixli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4465/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1404/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 5895 manat məbləğində pul X7 xeyrinə tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 02 iyul 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. ünvan 1 tarixli icra sənədinə əsasən Şəxs 4684 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu X2 xeyrinə tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 06 sentyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. 27 oktyabr 2019-cu il tarixdə tutma əmək haqqına yönəldilsə də, tutulma aparılmamışdır. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 15 oktyabr 2020-ci il tarixdə borclunun barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4465/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 584 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 10 may 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. 28 dekabr 2022-ci il tarixdə icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu icra sənədləri üzrə hal-hazıradək heç bir ödəniş etməmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, "xxxx" MMC-nə olan borcunu tam olaraq ödəmiş və borcu yoxdur. X2 borcunun ödənilməsi məqsədi ilə icra sənədi əmək haqqına yönəldilmiş və əmək haqqından tutma aparılmışdır. Hazırda tələbkara təxminən 1000-1200 manat borcu qalmış və tələbkar bununla bağlı ərizə ilə Xəzər rayon İcra şöbəsinə ərizə yazmışdır. X12 da, Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borcun əmək haqqına yönəldilməsini xahiş etmiş və tələb əmək haqqına yönəldilmişdir. Vahid Kərimov hesab nömrəsini təqdim edəcəyi təqdirdə əmək haqqında tutma aparılacaqdır. İcra sənədlərinin icrasından boyun qaçırmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1404/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5895 manat məbləğində pul X7 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ünvan 1 tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4684 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu X2 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 4465/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 584 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMCnə ödənilməlidir. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 26 yanvar 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4465/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-nə tutulmalı olan borc ödənildiyi üçün icra vərəqəsinin icraatına xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş X12 tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 17 yanvar 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1404/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən tutmanın Şəxs əmək haqqısına yönəldilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş X5 tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 18 yanvar 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 1 tarixli icra vərəqəsinə əsasən 4684 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs əmək haqqından tutularaq ona ödənilir, Şəxs ona təxmini 1000-1200 manat borcu qalmışdır. Şəxs ödənişi ilə bağlı heç bir şikayəti yoxdur. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs tələbkar "xxxx" MMC-nə olan borcu tam, X4 olan borcun isə çox hissəsini ödəmişdir. X1 olan borc isə borclunun əmək haqqına yönəldilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1404/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli, ünvan 1 tarixli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4465/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-168/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-168/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver