Məhkəmə qərarları › İş №3(003)-1689/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1689/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1689/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2 iştirakları ilə Şəxs xx xxxxx 1967-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç yetkinlik yaşına çatmış uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, hərbi şəhərcik 843 nömrəli ailəvi yataqxanada qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-752/20 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-752/20 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 14 aprel 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə borclunun məcburi gətirilməsi qərara alınmışdır. Borclunun yaşadığı yer müəyyən olunmadığından 02 iyun 2022-ci il və 28 iyul 2022-ci il tarixdə borcunun barəsində axtarış elan olunmuşdur. Borclu özünün tələbkara borcu olduğunu hesab etmirvə borcu ödəmək niyyətinin olmadığını bildirir. Öz hərəkətləri ilə X5 qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, tələbkar onun bacısıdır. Qızı gəlin köçərkən bacısından mebel alaraq qızına cehiz vermişdir. Həmin vaxt mebel xarab olsa qaytaracağını demişdir. Sonra da, mebel xarab çıxmışdır. Ona görə də, onun tələbkara borcu yoxdur və barəsində olan məhkəmə qətnaməsini rəsmi olaraq alsa da, apellyasiya şikayəti verməmişdir. Ödəniş etsə belə hər ay 100 manat olmaqla ödəniş edə bilər. Məhkəmə qətnaməsinə qədər isə tələbkara 1500 manat ödəniş etmişdir. Məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 göstərdi ki, borclu məhkəmə qətnaməsinə əsasən ona olan borcundan heç bir ödəniş etməmiş, ödəniş etmək fikri də, yoxdur. Pulu ödəmədiyi üçün borclunun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 752/20 saylı, 08 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş, bunun üçün heç bir səy göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Şəxs şəxsiyyətini, qadın olmasını və yaşını nəzərə alıb məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar