Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1697/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs (bundan sonra mətndəŞəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 347-ci maddəsi ilə Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs MMC barəsində Xəzər RPİ DYPŞ inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə Şəxs MMC barəsində Xəzər RPİ DYPŞ tərəfindən tərtib edilmiş protokolu araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Xəzər RPİ DYPŞ inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci ill tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri)”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 3(003)-1375/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin faktiki hallarından göründüyü kimi Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tələbləri pozulduğundan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cəmiyyət barəsində inzibati tənbeh tədbirinin seçilməsi ilə bağlı material məhkəməyə təqdim edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1375/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 347ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda Xəzər RPİ DYPŞ tərəfindən eyni inzibati xəta haqqında protokol yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Xəzər RPİ DYPŞ inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1 tərəfindən Azərbaycan Respublikasının İXMnin 347-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Xəzər RPİ DYPŞ inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1697/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1697/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver